Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? - XƏBƏRDARLIQ

25.05.2026 16:12 405
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? - XƏBƏRDARLIQ
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.

Qurumun yaydığı məlumata görə, son dövrlər dünyada dələduzların ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışdığı hallar yayılmaqdadır.

Qeyd olunub ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

ETX beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edib:

- Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;

- Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;

- Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;

- Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;

- Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin info@cert.az elektron poçt ünvanına, həmçinin "1654" qaynar xəttinə məlumat verilməsi xahiş olunur.

Son xəbərlər