Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU

23.05.2026 13:57 375
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU
Rusiya Daxili İşlər Nazirliyinin Moskva Cinayət Axtarış İdarəsinin rəis müavini polis polkovniki Sergey Akimov vəzifəsindən uzaqlaşdırılıb. Yerli medianın məlumatına görə, o, Telegram kanallarının administratorlarına qarşı aparılan “ov” əməliyyatlarına kuratorluq edib.

Median.Az yerli mediaya istinadla bildirir ki, Akimov əvvəllər korrupsiya ittihamı ilə bir il həbsdə yatıb. Onun bir sıra “qanuni oğrular” və mütəşəkkil cinayətkar qruplarla sıx əlaqələri olduğu deyilir. Lakin Akimovun bioqrafiyası və fəaliyyəti ilə bağlı bu məqamların üstü indi açılıb. Nəticədə onun barəsində Rusiya DİN-in Baş Daxili Təhlükəsizlik İdarəsi tərəfindən genişmiqyaslı yoxlama başlanıb və o, istefaya göndərilib.

Telegram kanal administratorlarına qarşı bütün əməliyyat tədbirləri Moskva Cinayət Axtarış İdarəsində Akimovun rəhbərlik etdiyi 12-ci şöbənin əməkdaşları tərəfindən keçirilib. Daha sonra Akimov idarə rəisinin müavini vəzifəsinə yüksəlib. O, bəzi axtarışlarda şəxsən iştirak etsə də, protokollarda adı qeyd olunmayıb. Adətən bütün proseslərə rəsmi şəkildə Akimovun “sağ əli” hesab olunan Gritskov rəhbərlik edib.


Mənbənin iddiasına görə, Akimov vəzifə borcunu özünəməxsus şəkildə yerinə yetirərək bəzi avtoritetlərin sifarişi ilə digərlərini həbs etdirib. Xüsusilə o, “qanuni oğru” Rövşən Canıyevlə yaxın münasibətlər qurub və onun üçün bir çox tapşırıqları yerinə yetirib. Daha sonra isə özü qarşılıq istəyərək kriminal avtoritet Gursel Saifulovın “taclandırılmasını” təşkil etdirib. Gursel yalnız Akimovun yaxın dostu deyil, həm də qohumudur: o, əməliyyatçının qohumlarından biri ilə evlidir.

Caniyevin öldürülməsindən sonra Akimov və onun yaxın çevrəsi Lənkəranskinin əmisi oğlu Zaur Əhmedov ilə sıx əlaqələri davam etdiriblər.

Son xəbərlər