Mojo.az Banner
23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |    
Left Banner
Right Banner

Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi

22.05.2026 21:44 123
Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində Şafiq Xankişiyev dindirilib.

"Pərvizi 2017-ci illərdən tanıyıram. Qardaşım onun oğlunun kirvəsidir. Münasibətlər yaxşı olub. 2 ildən sonra Pərviz mənə müraciət edərək şikayətçi olduğunu bildirib. Mən də qardaşıma dedim ki get problemi yoluna qoy. 8 mini verdi ki, apar ver Pərvizə aramızda söhbət bitsin. Əslində Pərvizin qardaşıma borcu var".

Zərərçəkmiş Pərviz Səlimov bildirib ki, ümumi borc 572 min olub:

"Bununla bağlı dəfələrlə özünə də ailə üzvlərinə məlumat vermişəm. Zamiq dedi ki maşını satıb 572 min manatdan 60 min verəcəm digərlərini də o cür. Atası da söz vermişdi sənin ümumi borcunu evlərini maşınlarını satıb mən verəcəm. Daha sonra mən onun qardaşı Şafiqlə danışdım".

Şahid qismində Hüseynpaşa Mehdiyev ifadə verib:

"Təqsirləndirilən şəxsi tanıyıram ondan şaqman markalı avtomobil almışam. Qum daşıma biznesi ilə məşğul olurdum. Avtomobili 40 min manata razılaşdıq" .

Daha sonra Cahan Şahbazova ifadə verib:

"Zamiqi karyerdən tanıyıram. Orda zərərçəkmiş Pərvizin sürücüsü olmuşam. Onlar arasında hər hansı maliyyə söhbətləri və problemləri ilə bağlı məlumatsız olmuşam. Orda 3 sürücü olmuşuq. Karyerdən paytaxta qum daşıyırdıq. Şoferlərdən eşitdim ki Pərvizlə Zamiqin arası dəyib".

Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.

İttihamda bildirilir ki, Zamiq Xankişiyev özünü geniş əlaqəli işgüzar şəxs kimi təqdim edərək, bir neçə nəfərin etibarından sui-istifadə edib, onların 1 milyon manata yaxın pulunu mənimsəyib.

İstintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olan Z.Xankişiyev iş üzrə cəlb edildikdən sonra barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Araşdırmalarla məlum olub ki, Xankişiyevdən ən çox zərəri tanışı olan iş adamı P.Səlimov görüb. O, müxtəlif vaxtlarda və üsullarla Səlimovun ümumilikdə 577 min manatını ələ keçirərək mənimsəməkdə ittiham olunur.

Şəxs digər vətəndaşa isə 180 min manat ziyan vurmaqda təqsirləndirilir.

Başqa vətəndaşa isə “Kia” markalı avtomobili satmaq adı ilə onun 6 min manata yaxın pulunu ələ keçirib.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Amma o, özünü günahkar bilmir.

Onu da qeyd edək ki, mediada İmişlidən olan bu iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb.

Təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur. Fəyyaz Xankişiyev isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

Müttəhim bahalı avtomobil kolleksiyası olan şəxs kimi də tanınıb.
//unikal.azскачать dle 11.3
Mojo.az Banner