Mojo.az Banner
16:14 Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR  |     15:52 Bakıda söküləcək binaların yerində nələr tikiləcək - AÇIQLAMA  |     15:46 Anar Əsədliyə hökm oxundu  |     15:35 Bu dərmanlar xərçəng xəstələrinin müalicəsinə kömək edə bilər (TƏDQİQAT)  |     15:21 WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir - CANLI  |     15:01 "Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?  |     14:50 Böyük Britaniya səfiri Azərbaycanı tərk edir  |     14:43 Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı  |     14:35 Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - Video  |     14:28 İki həmyaşıdını bıçaqlayan gəncə hökm oxundu  |     14:04 Əməkdar artist xəstəxanaya yerləşdirildi  |     14:01 Tullantılarla mübarizə yoxsa laqeydlik? – Mövcud vəziyyət təhlil edildi  |     13:52 Şəkidə yaşayanların DİQQƏTİNƏ! Bu şəxslərin uçotu aparılır  |     13:51 Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb  |     13:45 Bakı-Tbilisi qatarında daha ucuz qiymətə sərnişin daşınması müzakirə edilir - RƏSMİ  |     13:41 Alimpaşa Məmmədovun işinə baxmış hakim VƏZİFƏSİNDƏN AZAD EDİLİR  |     13:19 Azərbaycandakı yeganə əqrəb ferması: Bir litri 10 milyon dollardır? (VİDEO)  |     13:15 Tiflis marşrutu üzrə nə qədər bilet satılıb?  |     13:14 Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin ediləcək  |     13:13 Azərbaycanda YENİ CƏRİMƏLƏR müəyyənləşir  |    
Left Banner
Right Banner

Tullantılarla mübarizə yoxsa laqeydlik? – Mövcud vəziyyət təhlil edildi

22.05.2026 14:01 264
Tullantılarla mübarizə yoxsa laqeydlik? – Mövcud vəziyyət təhlil edildi
Şəhər və regionlarda artan məişət tullantılarının həcmi ekoloji tarazlığa və ətraf mühitin sağlamlığına ciddi təsir göstərməkdədir. Təkrar emal və tullantıların düzgün çeşidlənməsi istiqamətində görülən tədbirlər bu problemin azaldılmasında mühüm rol oynayır. Bununla yanaşı, əhali arasında ekoloji maarifləndirmənin səviyyəsi hələ də kifayət qədər yüksək deyil. Mövcud infrastrukturun və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zərurəti qalır.

Tullantıların idarə olunması sahəsində daha effektiv və davamlı sistemlərin tətbiqi mümkün hesab edilirmi?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ekoloq Sevil Yüzbaşova bildirib ki, bu, olduqca maraqlı və həll olunması vacib mövzudur.
Ekoloqun sözlərinə görə, tullantı – əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşya, maddə və materiallar toplusuna deyilir. Tullantılar dünyada getdikcə böyüyən ciddi bir problemdir. Əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorumaq üçün tullantıların idarə olunması olduqca vacibdir.

Sevil Yüzbaşova qeyd edib ki, tullantılar müxtəlif kateqoriyalar üzrə təsnif olunur. İstehsal (sənaye) və istehlak (kommunal-məişət) tullantıları. İnsan fəaliyyətinin mənfi ekoloji təsirləri atmosferi, suyu və torpağı çirklənməyə məruz qoymuş, onun fiziki, kimyəvi xassələrini dəyişmişdir. İnsanlar bütün dövrlərdə təbiətə ancaq istehlak mənbəyi kimi baxmış, ondan istifadə etmiş, onu öyrənməmiş, vəziyyətinin yaxşılaşdırılmasına çalışmamışdır. İnsanlar, təbiətə qarşı münasibətdə ekoloji məsuliyyətli, ekoloji mədəniyyətli olmalı, onu mühafizə etməli, qorumalı, qayğısına qalmalıdırlar.

Ekoloq əlavə edib ki, müasir dünyada Qarbalogiya adlanan elm sahəsi vardır ki, bu sahə tullantıları öyrənir. Qarbalogiya - tullantıların, təkrar emal yollarını öyrənən elm sahəsidir. Qarbalogiya - ekologiya elminin bir sahəsi olub, tullantıların utilizasiya metodlarını öyrənir. Qarbalogiya - həm də arxeologiya elminin bir sahəsi hesab edilir. Bu elm sahəsini başqa sözlə "zibil arxeologiyası" da adlandırırlar. Zibil qalıqlarını tədqiq etməkdə məqsəd, həm də qədim insanların gündəlik məişət həyatını öyrənməkdir. Hazırda alimlər Misir Piramidaları ətrafında qədim dövrlərə aid zibil mənbələrində qədim insanların nə ilə qidalandıqlarını, necə qidalandıqları barədə araşdırmalar aparırlar və maraqlı məlumatlar da öyrənirlər. Tullantılar idarə olunması sahəsində daha effektiv və davamlı sistemlərin tətbiq etmək üçün bu sahə ciddi öyrənilməlidir.

"Dünyanın müxtəlif ölkələrində olduqca müasir maraqlı təcrübələr vardır. Hər il tullantıların idarə olunmasından başlamalıdır.
Tullantıların idarə olunması – dedikdə bu tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə onların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi və emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyətlər başa düşülür. Bu olduqca vacibdir. Çünki, Tullantıların idarə edilməsi zamanı təkrar xammal əldə etmək mümkündür. Təkrar xammal tullantıların emalı zamanı əldə edilən məhsuldur ki, bu da iqtisadi cəhətdən səmərəli hesab edilən və təkrar istifadə oluna bilən tullantılardır. Təkrar istifadə oluna bilən tullantılar ekoloji və iqtisadi baxımdan olduqca əhəmiyyətlidir", — deyə mütəxəssis vurğulayıb.

Mütəxəssisin təhlükəli tullantılardan da bəhs edib:

"Tullantıların təkrar emalı təbii resurslardan istifadəni minimuma endirir. Təkrar istifadəyə yararlı tullantılara biotullantılar, polietilen, metal, şüşə, kağız, karton və s. daxildir. Tullantıların bir çox növləri də var ki, təkrar istifadəyə yararlı hesab edilmir. Bunlara təhlükəli tullantılar və təhlükəsiz tullantılar aiddir. Təhlükəli tullantılara - sənaye və tibbi tullantılar aiddir. Bunlar tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılardır. Təhlükəli tullantı kimi təsnif olunan məişət tullantılarına köhnə batareyalar, qutalin (ayaqqabı mazı), boya qabları, köhnə dərmanlar və dərman şüşələri və s. daxildir. Kimyəvi preparatlardan ibarət tullantılar da təhlükəli hesab olunur. Təhlükəsiz tullantılar - ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılardır. Tullantıların idarə edilməsi üsulları olduqca məhduddur və bunlara - yandırmaq, basdırmaq və təkrar emal etmə aiddirk. Tullantıların istifadəsi – tullantılardan, müxtəlif məhsulların istehsalında və ya enerji əldə edilməsində istifadə olunmasıdır. Məsələn Balaxanıda yerləşən zavodda yandırma nəticəsində enerji əldə edilir ki, bu enerjidən həm Balaxanı qəsəbəsi enerji ilə təmin edilir həm də bu qəsəbədə bu enerji ilə işləyən böyük bir sənaye parkı salınıb".

S. Yüzbaşova sonda deyib:

"Nəzərə alsaq ki, ölkəmizin ərazisi başdan-başa zibilxanalarla doludur və bu da demək olar ki, heç kimi narahat etmir. Ona görə bir daha qeyd etmək istəyirəm ki, bu sahədə dünya təcrbəsi öyrənilməlidir. Mən bəzi ölkələrin təcrübəsini araşdırmışam. Olduqca maraqlı və faydalı işlər görmək olar. İlk növbədə əlbəttə ki, maariflənmə lazımi səviyyədə olmalıdır.

Effektiv və davamlı tullantı idarəçiliyi sistemlərə gəldikdə isə çeşidləmə, müasir "smart" infrastruktur, təkrar emal texnologiyaları və dairəvi iqtisadiyyat prinsiplərinin tətbiq edilməsində böyük fayda var. Sensorlu və avtomatik çeşidləmə funksiyaları olan konteynerlərin tətbiqi zibil yığımı prosesini optimallaşdırır. Məlumatlarda deyilir ki, Azərbaycanda bu sahədə institusional nəzarətin gücləndirilməsi məqsədilə tullantıların idarə edilməsi mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin fəaliyyətini mən görmürəm. Bəli, bəzi ərazilərdə yoxsul insanların zibilləri toplayıb aidiyyatı üzrə təhvil verirlər amma bu kortəbii halda maddiyyata söykənən bir haldır. Plastik tullantıların azaldılması üçün şəhər mühitində plastik çirklənmə ilə mübarizə üçün plastiklərin qadağan olunması və ya yüksək nisbətdə geri qaytarılma/təkrar emal mexanizmlərinin qurulması əsas şərtlərdəndir. Xüsusi qurğular vasitəsi ilə plastiklər un halına salınaraq yenidən emal müəssisələrinə təhvil verilə bilər.

Beynəlxalq səviyyədə məişət tullantılarının idarə olunmasna nəzər salsaq görərik ki, bu tullantıların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, istifadəsi, utilləşdirilməsi, zərərsizləşdirilməsi, təkrar emalı və basdırılması ilə bağlı vacib əməliyyatların həyata keçirilməsi və bütün bu proseslərə nəzarətdən ibarət kompleks tədbirlər sistemidir. Artıq dünyada tullantılarla mübarizə aparmağın yeni üsulu, onların "minimum həddə endirilməsi" və "sıfır tullantı" üsulu meydana çıxmışdır. İnkişaf etmiş ölkələrdə və ABŞ-da tullantıları azaltmaq üçün ümummilli proqramlar həyata keçirilir. Bu proqramlar: Tələbatı azalt; Yenidən İstifadə et; Emal et - prinsipinə əsaslanır. Bu proqramla hökumətlər əhalini, həm iqtisadi səmərəliliyə, həm də məişət tullantılarının miqdarını azaltmağa çalışır. Bu cür tədbirlər tullantıların, insan sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq üçün olduqca vacibdir. Bir çox inkişaf etmiş ölkələrdə tullantıların emalı artıq ciddi, gəlirli biznes sahəsinə çevrilmişdir. Almaniyada tullantıların yandırılması üçün zavodların tikilməsi nəzərdə tutulmuşdur ki, onlar, hətta, yandırmaq üçün tullantıları xarici ölkələrdən gətirməyi də planlaşdırmışlar. Tullantıların idarə edilməsi sahəsində uğurlar əldə edən qabaqcıl ölkələrdən birinci yeri İsveç tutur ki, burada olduqca yüksək inkişaf etmiş sistem qurulmuşdur. İsveçdə, tullantıların yalnız 4%-i, kompostlama üsulu ilə torpağa basdırılır, qalan zibillər ikinci emala gedir. Zibillərin yandırılması nəticəsində enerjinin alınması ilə bağlı qəbul edilən, Dövlət Proqramının effektliviyi İsveç hökümətini xarici ölkələrdən təqribən 80 min tonn zibil idxal etməyə məcbur edib. Bu zibillər əsasən Norveçdən idxal olunur. Zibillərin idxal edilməsi üçün maliyyə Norveç höküməti tərəfindən ödənilir. İsveçdə zibilin yandırılması nəticəsində alınan, yüksək tərkibli toksinlər və ağır metallar olan külləri yenidən basdırmaq üçün Norveçə göndərir. İsveçlilər tullantıların yandırılmasından 20% - ə qədər istiliyk əldə edirlər ki, bundan enerji ehtiyaclarını qismən də olsa ödəyirlər.

Asiya ölkələrində tullantıların yandırılması texnologiyası geniş yayılmışdır. Xüsusilə Yaponiyada məişət tullantılarının yarısından çoxu yandırılır. Məlumdur ki, Yaponiya adalarda yerləşir və yapon xalqı ağıllıdır. Bu adalarda torpaq yer az, əhali isə çoxdur. Məişət tullantılarını toplamağa və basdrmağa yer yoxdur.

Nə etməli?

Belə halda yalnız bir yol qalır, o da tullantıları təkrar emal etmək. Yaponlar tullantıları necə təkrar emal edirlər? - əsasən yandırmaqla. Zibillər yandırılan zaman yaranan istilik enerjisindən isə istixanalarda gül yetişdirilməsi üçün istifadə edirlər. Yetişdirdikləri gülləri isə ucuz qiymətə satırlar. Yaponlar məişət texnikasını, mebelləri toplayır, bərpa edərək, yenidən satışa çıxardırlar. Yaponiyada hər evin qarşısında müxtəlif rənglərdə çənlər qoyulmuşdur. Bu çənlərə məişətdə istifadə olunaraq, atılan tullantıları toplayırlar. Qida maddələri qalıqları və digər tullantılar ayrı - ayrılıqda toplanır. Hər bir çən rəngləri ilə fərqənir. Bundan başqa bu zibil qablarının hər birinin adı da vardır. Maraqlı odur ki, Yaponiyada tullantılardan ayrı - ayrılıqda, 9 qrupda (batareyalar, bitgi yağı, akumlyatorlar daxil olmaqla) toplanır və bunlardan 20 növ təkrar xammal istehsal edilir. Tullantıların toplanmsında uşaqlar daxil olmaqla, bütün əhali iştirak edir. Zibillərin çeşidlənməsi isə hər bir evdən, ailədən başlayır. Üzvi tullantılardan yaponlar inşaat materialları da hazırlayırlar. Bu materiallar dəniz suyu ilə təmasda olan zaman beton kimi möhkəm olur. Onlar bu materiallardan sahilyanı ərazilərdə süni adalar yaradtmaq üçün istifadə edirlər. Bu adalarda yaşayış evləri, biznes-mərkəzləri, parklar və hava limanları inşa edirlər. Bu süni salınmış ərazilər, başqa təbii ərazilərdən heç nə ilə fərqlənmirlər. Beləki yaponlar dünya okeanının ərazilərini zəbt etməkdə israrlı olduqları üçün, bundan sonrada bu materiallara hələ çox ehtiyacları olacaqdır.

Yenə deyirəm dünya təcrübəsi öyrənilməlidir. bu sahədə ölkəmizdə vəziyyət olduqca ağırdır. Səhiyyə ocaqlarında təhlükəli tullantıların xüsusi qaydalara uyğun toplanması, daşınması və utilizasiyası daim nəzarətdə saxlanılmalıdır.

Bizdən sonra, ətraf mühitə atdığımız tullantılar hələ çox yaşayacaq. Onlarla gələcək nəsillər mübarizə aparacaq.

Biz indidən düşünməliyik ki, uşaqlarımız, gələcək nəsillərimiz üçün ətraf mühiti, talaları, meşələri, dənizlərin, çayların sahillərini plastik paketlərsiz, plastik butulkalarsız təmiz bir şəkildə miras qoyaq".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner