Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycanda kreditlər niyə sürətlə artır? – Borclanmanın əsas səbəbləri

22.05.2026 11:39 366
Azərbaycanda kreditlər niyə sürətlə artır? – Borclanmanın əsas səbəbləri
Azərbaycanda vətəndaşların kreditlərə müraciət edənlərinin sayı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bir çox ailələr gündəlik ehtiyaclarını qarşılamaq və ya böyük xərcləri ödəmək üçün bank kreditlərinə üz tutur. Qiymətlərin yüksəlməsi, gəlirlərin xərclərlə uzlaşmaması və istehlak davranışlarının dəyişməsi borclanmanı daha da artırır. Bu tendensiya isə cəmiyyətdə kredit asılılığını daha qabarıq şəkildə hiss etdirir. İnsanların kreditə üz tutmasının əsas səbəbi daha çox artan iqtisadi təzyiqlərdir, yoxsa şəxsi büdcənin düzgün idarə olunmaması?

Median.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bu məsələ geniş elmi araşdırma tələb edən mövzudur. Bu istiqamətdə ciddi tədqiqat aparılsa, cəmiyyətdə daha sağlam idarəetmə modelinin formalaşdırılması mümkün olar.
Onun sözlərinə görə, rəqəmlər düzgün təqdim edilmədikdə, yanlış təhlil olunduqda və uyğun olmayan müqayisələr aparıldıqda bazarda ciddi problemlər yaranır:

“Vətəndaşlar büdcələrini düzgün idarə edə bilmədikləri üçün borclanmaya üz tuturlar və nəticədə kredit borclarının sayı artır. Lakin məsələ təkcə şəxsi büdcənin düzgün idarə olunmamasında deyil. Burada əsas problem gəlirlərlə xərclər arasında tarazlığın pozulmasıdır. Azərbaycanda vətəndaşların gəlirlərinə nisbətdə xərclər daha sürətlə artır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Obyektiv səbəblərdən biri odur ki, həyat davam etdikcə paralel şəkildə xərclər də artır. Məsələn, kommunal xidmətlər, nəqliyyat və yanacaq qiymətləri bahalaşıb. Söhbət əsas istehlak məhsullarından gedir. Çörəyin bəzi növlərində qiymət dəyişməsə də, kommersiya məqsədilə istehsal olunan məhsullarda ümumi bahalaşma müşahidə olunur. Ümumilikdə isə geyimdən başlayaraq bir çox sahədə qiymətlər artıb”.
F.İbrahimov qeyd edib ki, bu gün Azərbaycan dünya ilə inteqrasiya olunub. İnformasiya texnologiyaları, müasir avadanlıqlar, nəqliyyat vasitələri və digər yeniliklər ölkəyə gətirilir, vətəndaşlar da bu imkanlardan yararlanmağa çalışırlar:
“Bəzi hallarda insanlar xərclərini düzgün planlaşdıra bilmirlər. Amma ümumi mənzərə göstərir ki, vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün belə vəsaiti çatmır. Həkim xərcləri, ərzaq, kommunal ödənişlər və nəqliyyat insanların büdcəsinə ciddi təsir edir. Hazırda vətəndaşların qazancından əlavə ehtiyat fondu formalaşdırmaq imkanı demək olar ki, yoxdur. İnsanlar gündəlik həyatlarını davam etdirmək və müasir imkanlardan istifadə etmək üçün borclanmağa məcbur qalırlar. Təəssüf ki, xərclər sürətlə artsa da, gəlirlər eyni templə yüksəlmir. Bu isə kredit bazarında qeyri-sağlam vəziyyət yaradır”.
Ekspert əlavə edib ki, kredit sağlam iqtisadi alət hesab olunur:
“Sağlam cəmiyyətdə vətəndaşların gəlirləri ilə xərcləri arasında balans olduqda kredit bazar münasibətlərini tənzimləyən, yeni iş yerlərinin yaranmasına və biznesin inkişafına xidmət edən vacib vasitəyə çevrilir. Məsələn, vətəndaş ayda 1000 manat gəlir əldə edir, xərci isə 700 manatdırsa, əlavə məhsul və ya xidməti kredit vasitəsilə əldə edə bilir. Azərbaycanda fəaliyyət göstərən mağazalar, xidmət obyektləri və digər biznes sahələri də məhz kredit mexanizmi sayəsində fəaliyyətlərini davam etdirirlər. Əgər vətəndaş kredit əldə edə bilmirsə, bazar və iqtisadiyyat zəifləyir.
Hazırda kredit bazarında vəziyyət ürəkaçan deyil. Kredit portfelində əsas pay istehlak kreditlərinin üzərinə düşür. Bu isə sağlam iqtisadi göstərici hesab olunmur. Kredit portfelinin sağlamlığını müəyyən edən əsas göstərici biznes kreditlərinin həcmidir. Əgər biznes kreditləri istehlak kreditlərini üstələyirsə, bu, iqtisadiyyatın, gəlirlərin və xərclərin daha sağlam vəziyyətdə olduğunu göstərir.”скачать dle 11.3
Mojo.az Banner