Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

AZAL Naxçıvan reyslərini yenidən bərpa edib

22.05.2026 12:54 522
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.

Qeyd olunub ki, aviaşirkət vəziyyəti nəzarətdə saxlayır və sərnişinlərin təhkükəsizliyi üçün bütün zəruri tədbirləri görür. Uçuş cədvəlində hər hansı dəyişiklik baş verdiyi təqdirdə sərnişinlərə müvafiq qaydada məlumat veriləcək.

Son xəbərlər