Mojo.az Banner
12:26 Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı  |     12:21 Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu  |     12:14 Valyuta ehtiyatları 90 milyard dolları keçib  |     12:08 İşə düzəltmək adı altında dələduzluq  |     12:00 Azərbaycanda orta aylıq əməkhaqqı 1 177 manata çatıb  |     11:55 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı  |     11:47 Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş  |     11:43 Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia  |     11:38 Anar Bayramov direktor müavinini işdən çıxardı  |     11:31 Valideynlərin DİQQƏTİNƏ - Bağçaya növbəyə yazılma prosesinə başlanılır  |     11:24 Dövlətə qarşı çağırışlarına görə DTX-nin saxladığı şəxsə HÖKM OXUNDU  |     11:17 Şəkidə məşhur əyləncə mərkəzindəki faciədə ölənlərdən biri agentlik əməkdaşı imiş - FOTO  |     11:16 İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?  |     11:15 İranda tələbə qızlar üçün yeni hicab qaydaları tətbiq ediləcək - FOTO  |     11:12 Vuçiç Serbiyada parlament seçkisinin vaxtını AÇIQLADI  |     11:06 “Sənədin olması qurğunun saz olduğunu göstərmir” – Kanat faciəsindən sonra ŞOK AÇIQLAMA  |     11:04 Azərbaycan neftinin qiyməti 108 dolları ötüb  |     23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |    
Left Banner
Right Banner

İctimai nəqliyyatda bu model gedişhaqqı sistemini inkişaf etdirəcək

21.05.2026 19:40 369
İctimai nəqliyyatda bu model gedişhaqqı sistemini inkişaf etdirəcək
İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirməyə imkan yaradacaq.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Strateji planlaşdırma üzrə rəhbəri Hüseyn Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda ictimai nəqliyyat növlərini bir-biri ilə daha yaxşı inteqrasiya etmək üçün əlavə olaraq yeni gedişhaqqı sistemi planlaşdırılır: "Həmçinin, avtobuslar üçün yeni maliyyələşdirmə və müqavilə sistemi hazırlayırıq, çünki əvvəllər onlar yalnız gedişhaqqı gəlirləri ilə işləyirdilər. İndi biz avtobuslar üçün "ümumi xərc müqaviləsi" ("brutto müqaviləsi") modelinin hazırlanmasının son mərhələsindəyik. Bu, bizə gedişhaqqı sistemini inkişaf etdirməyə və ictimai nəqliyyat növlərini bir nöqtədə daha yaxşı inteqrasiya etməyə imkan verəcək".скачать dle 11.3
Mojo.az Banner