Aldadıcı influencer reklamlarına görə kim məsuliyyət daşıyır?
Məhsullardan tutmuş qida əlavələrinə, maliyyə platformalarından müxtəlif xidmətlərə qədər bir çox məhsul və xidmət tanınmış simalar vasitəsilə təqdim olunur. İzləyici auditoriyasına təsir gücü yüksək olan influencerlərin tövsiyələri isə bəzən insanlar tərəfindən reklamdan daha çox şəxsi məsləhət kimi qəbul edilir. Lakin son dövrlərdə keyfiyyətsiz məhsullar, şişirdilmiş vədlər və gizli reklamlarla bağlı şikayətlərin artması "influencer reklamlarına nə dərəcədə etibar etmək olar?" sualını yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edir ki, sosial media üzərindən edilən reklamların nəzarət mexanizmləri, etik çərçivəsi və hüquqi məsuliyyəti daha ciddi müzakirə olunmalıdır.
İnsanlar niyə influencer reklamlarına daha tez inanır? Sosial media reklamlarının psixoloji təsiri nə ilə bağlıdır?
İnfluencer reklamlarında aldadıcı məlumat verilərsə, hüquqi məsuliyyət kimə düşür, məhsul sahibi, yoxsa reklam edən şəxsə?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Əməkdar jurnalist, media eksperti Azər Həsrət bildirib ki, hər şeydən əvvəl influencer dediyimiz həqiqətən də cəmiyyətin ictimai ovqatına ciddi təsir edə bilən şəxslər artıq ciddi qəbul olunmağa başlayıb.
A. Həsrətin sözlərinə görə, əksəriyyət onları izləyirsə, yaxud çox sayda izləyici onları axtarırsa, onların sözünə güvənirsə, hətta onlara aludəçiliyə qapılırsa, təbii ki, reklam verənlər də bundan istifadə etmək istəyəcəklər. Çünki reklam verənlər daha geniş auditoriya axtarırlar. Və görəndə ki, influencer dediklərimizin auditoriyası bəzən milyonlarla izləyici ilə ölçülür, bu zaman onlara reklam vermək üstünlük təşkil edir.
Əməkdar jurnalist qeyd edib ki, bu, həm də ondan qaynaqlanır ki, influencer vasitəsilə reklamın yayımlanması daha ucuz başa gəlir. Televiziya kanallarında yarım dəqiqəlik və s. bir reklam yerləşdirib onu bir neçə dəfə efirlərdə göstərmək istəsəniz, bu, onminlərlə manat hesabına başa gələcək. Amma bir neçə yüz manat xərcləyərək influencerlər vasitəsilə o reklamı daha geniş auditoriyaya çatdırmaq olur. Və təbiidir ki, belə olan şəraitdə reklam verənlər influencerlərə üstünlük verəcəklər.
Media eksperti əlavə edib ki, ümumiyyətlə sosial mediada reklam daha effektivdir. Bunu təəssüflə qeyd edirəm, televiziya və radioda, eyni zamanda çap mediasında reklam vermək əvvəlki effekti qoruyub saxlaya bilmir. Çünki vətəndaş televizoru açır, bir kanala baxır, digərinə isə baxmır. Həmin reklamın digər kanalda çıxma Şansı aşağıdır. Amma Sosial mediada verilən reklam özü adamın qarşısına avtomatik şəkildə çıxır.
Alqoritmin işləmə mexanizminə toxunan A. Həsrət deyib:
"Elə alqoritm qurulub ki, siz, istənilən bir məhsulla, xidmətlə maraqlandığınız andan etibarən görəcəksiniz ki, qarşınıza sırf ona aid reklamlar çıxır. Bunu hamımız sosial mediada görürük. Çünki insanların istifadə etdiyi cihaz onlara hansı məhsulun lazım olduğunu dərhal görür. Və bu, əlbəttə ki, effektivdir. Sosial media üzərindən reklam birbaşa hədəfə yönəlikdir, əlçatandır və rahatdır. Yəni, qarşısınıza təsadüfən çıxan reklam yoxdur. Ona görə də burada influencer reklamlarına üstünlük verilir".
İnsanların tez inanmaq məsələsinə toxunan ekspert vurğulayıb:
"İnfluencerlər cəmiyyət içində çox məşhur olurlar. Artıq onlar ictimai rəyə bir sözlə, bir paylaşımla təsir edə bilirlər. İnsanlar da onlara zamanla daha çox güvənməyə başlayır. Belə bir şəraitdə onların reklam etdiyi mal-məhsul, xidmətlər də nüfuz qazana bilir. Təcrübədə görmüşük ki, influencerlər reklamı bizim öyrəşdiyimiz şəkildə etmirlər. Məsələn, onlar deyir: "Problemim vardı, mən filan məhsuldan istifadə etdim". Onlar məhsulu şəxsi təcrübədə təqdim edir və nəticəsindən çox məmnun qaldıqlarını, ümumiyyətlə həmin malın onun həyatını dəyişdiyini deyir. Və ona inanan auditoriya da dərhal həmin məhsulun üzərinə yönəlir".
Azər Həsrət psixoloji təsir məsələsinə də fikir bildirərək qeyd edib:
"Sosial media bağımlılıq yaradır. Necə ki, narkotik, siqaret, spirtli içkilər, qumar oyunları insanlarda asılılıq yaradır, eləcə də sosial media insanlarda asılılığa səbəb olur. İnsanların böyük əksəriyyəti sosial mediadan asılı vəziyyətdədir. Hətta ictimai nəqliyyatda dəfələrlə müşahidə etdiyim və narahat olduğum bir durum var; Sükan arxasındakı adamların bir çoxunun əlində telefon görürəm. Bəzən olur ki, işıqforda dayandıqda, daha sonra hərəkət başladıqda görürsən ki, qarşındakı maşın tərpənmir. Məcbur qalıb siqnal verirsən və yenə hərəkət etmir. Ötürsən, və görürsən ki, əlində telefon var və sosial media üzərindən ünsiyyətdədir. Bu, əlbəttə ki, psixoloji pozuntudur. Belə bir vəziyyətdə aldadıcı məlumat verilirsə, sadəcə influencerlərlə bağlı deyil. Ümumiyyətlə, reklamlarda aldadıcı məlumat olmamalıdır. Məsuliyyət ilk növbədə reklamı verənlərə aiddir. İkinci məsuliyyət daşıyan şəxslər isə həmin reklamların davamlı şəkildə yayılmasına məsuliyyət daşıyanlardadır. İllər öncə televiziya efirində göstərilən reklamlarda Azərbaycan dilinin qrammatikasına, orfoqrafiyasına əməl edilməməsi ilə bağlı iradlar bildirmişəm. Onlar qeyd ediblər ki, reklam mətninə görə biz məsuliyyət daşımır. Düşünürəm ki, həm reklam verən şəxsin, həm də reklam edən şəxsin məsuliyyəti uyğun şəkildə paylaşılmalıdır".
Dəniz Pənahova
Median.Az