Mojo.az Banner
20:21 Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib  |     20:15 Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu (FOTO)  |     20:06 Bakıda oğurluq və narkotik ittihamı ilə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:01 Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb  |     19:54 "Meta" əməkdaşlarının 10 faizini ixtisar edib  |     19:46 Dövlət orqanlarının azad edilmiş ərazilərdə işləyən əməkdaşlarına mənzil kirayəsinə görə əlavə pul veriləcək  |     19:40 İctimai nəqliyyatda bu model gedişhaqqı sistemini inkişaf etdirəcək  |     19:32 Şəhər yerlərində ana ölümü artıb  |     19:27 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Ekspertiza rəyi açıqlandı  |     19:19 Almanlar DÇ-2026-ya bu futbolçularla gedəcəklər  |     19:14 "Bu, quru sərhədlərinin açılmasına təsir göstərəcək" - Deputat  |     19:08 Əlillik bu hallarda müddətsiz təyin edilir  |     19:00 Sabah hava necə olacaq?  |     18:55 Neymar zədələndi  |     18:46 Azərbaycanda ilk dəfə ikitərəfli sayğaclar bu ərazilərdə tətbiq olunur  |     18:40 Avtomobildəki batıqlar rəng vurmadan belə düzəlir - Video  |     18:31 Rusiyanın nüvə təlimləri Qərbə xəbərdarlıqdır  |     18:25 Biləcəridə yol çökdü  |     18:08 Paytaxtın bəzi küçələrində sıxlıq var  |     17:58 Bəşir Hacıyev: Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir  |    
Left Banner
Right Banner

"WhatsApp"da mesajların silinmə qaydası dəyişir

21.05.2026 11:33 543
"WhatsApp" mesencerində mesaj silmənin yeni rejimi sınaqdan keçirilir. Bu rejim aktiv edildikdə, mesajın silinməsi üçün nəzərdə tutulan taymer yalnız qarşı tərəf mətni oxuduqdan sonra işə düşəcək.

Bu barədə "MacRumors" portalı məlumat yayıb.

Yeni funksiya tətbiqin "iOS" əməliyyat sistemi üçün nəzərdə tutulan və "TestFlight" platformasında yerləşdirilən son beta versiyasında aşkarlanıb.

Hazırkı sistemdə taymer mesaj göndərildiyi andan etibarən geri saymağa başlayır. Yeni rejimdə isə silinmə vaxtı yalnız mesaj oxunduqdan sonra aktivləşir. Bu funksiya çərçivəsində istifadəçilərə 5 dəqiqə, 1 saat və 12 saat variantları təklif olunur. Qeyd edək ki, oxşar imkan artıq bir neçə ildir ki, "Telegram" mesencerində uğurla istifadə edilir.

Sözügedən yenilik tətbiqin sazlamalar menyusundakı "Default message timer" (Standart mesaj taymeri) bölməsində yerləşdirilib. Lakin funksiyanın rəsmi təqdimatı zamanı adının və ya menyudakı yerinin dəyişdirilə biləcəyi istisna olunmur.

Yeni alət artıq "iOS" və "Android" platformalarında beta istifadəçilərinin müəyyən bir qismi üçün əlçatandır. Hətta bəzi standart (sabit) versiya istifadəçilərinin də artıq bu funksiyaya çıxış əldə etdiyi bildirilir.

Silinən mesajlar funksiyası bütün yeni çatlar üçün standart parametr kimi də təyin oluna bilər və ucdan-uca şifrələmə (end-to-end encryption) təhlükəsizlik sistemini tam dəstəkləyir. Bu yeniliyin şəxsi məlumatlarının məxfiliyinə xüsusi önəm verən istifadəçilər üçün faydalı olacağı və cihazların daxili yaddaşının dolmasının qarşısını alacağı gözlənilir.скачать dle 11.3
Mojo.az Banner