Mojo.az — elanlar
Son Xəbərlər
21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bahalaşmanın qarşısını Çin məhsulları ala bilərmi?

21.05.2026 13:55 540
Bahalaşmanın qarşısını Çin məhsulları ala bilərmi?
Azərbaycan ilə Çin arasında ticarət əlaqələrində son dövrlərdə artım dinamikası müşahidə olunur. Rəsmi göstəricilərə əsasən, cari ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 6,1 faiz artaraq 1,5 milyard dolları ötüb. Çinlə ticarətin Azərbaycanın ümumi ticarət dövriyyəsində payı da 8,7 faizə yüksəlib. Bu artım iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndiyini göstərir. Bu ticarət əlaqələrinin genişlənməsi ölkədə qiymətlərə təsir edə bilərmi? Bahalaşma səngiyə bilərmi?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Çinlə iqtisadi əlaqələrin genişlənməsi ilk növbədə bu ölkənin dünya iqtisadiyyatında tutduğu mühüm mövqe ilə bağlıdır.


Ekspert qeyd edib ki, Çin məhsulları həm münasib qiyməti, həm də logistika baxımından əlverişli imkanları ilə seçilir.
“Son dövrlərdə Orta Dəhlizdən daha geniş istifadə olunması Çindən Azərbaycana yüklərin çatdırılma müddətini xeyli azaldıb. Eyni zamanda, daşınma tariflərinin də münasib olması iş adamlarının Çindən daha çox məhsul idxal etməsinə stimul yaradır”.

Natiq Cəfərli bunu bazar iqtisadiyyatı baxımından normal və təbii proses kimi qiymətləndirib:

“Bu amillər qiymətlərin birbaşa ucuzlaşmasına səbəb olmasa da, ən azı kəskin bahalaşmanın qarşısını alan faktor rolunu oynaya bilər. Bununla yanaşı, dünyada enerji daşıyıcılarının qiymət artımı və paralel şəkildə yüksələn inflyasiya Çin məhsullarının qiymətlərinə də təsir edir. Bu səbəbdən Çindən idxal olunan məhsulların həcmi və dəyəri artsa belə, bunun bazarda ciddi ucuzlaşma yaradacağını söyləmək çətindir”.

İqtisadçı-ekspert Eldəniz Əmirov saytımıza açıqlamasında bildirib ki, Çinlə Azərbaycan arasında iqtisadi münasibətlərin qarşıdakı dövrdə daha da genişlənəcəyi gözlənilir.
Onun sözlərinə görə, bu əməkdaşlığın nəticəsində ticarət dövriyyəsi və birgə iqtisadi fəaliyyət göstəriciləri artacaq.
“Bu artım hansısa formada qiymət artımlarını əngəlləyə bilməyəkdir. Qlobal inflyasiya prosesləri bütün bazarlara, o cümlədən Çin bazarına da təsir göstərir. Bundan əlavə, Venesuela və İranda baş verən hadisələrin də Çin istehsalı məhsulların maya dəyərinə və qiymətlərinə təsiri qaçılmazdır. Bu səbəbdən Azərbaycana idxal olunan Çin məhsullarında qiymət artımının davam edəcəyi ehtimal olunur. İki ölkə arasında münasibətlərin inkişaf etməsi həmin ölkədən gətirilən məhsulların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir”.

Son xəbərlər