Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

ChatGPT bank kartlarımıza giriş əldə etdi

20.05.2026 22:51 540
ChatGPT bank kartlarımıza giriş əldə etdi
Süni intellekt artıq şəxsi maliyyə idarəçiliyi sahəsinə də addım atır. "OpenAI" şirkəti "ChatGPT" vasitəsilə büdcə və xərcləri izləməyə imkan verən funksiyasını təqdim edib.

Median.Az
Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında bildirilib. Yeni sistem sayəsində istifadəçilər bank və investisiya hesablarını, həmçinin kredit kartlarını platforma ilə əlaqələndirə biləcəklər. İlkin mərhələdə ABŞ-da "ChatGPT Pro" abunəçiləri üçün aktiv edilən funksiya veb və iOS cihazlarında işləyir.

Sistem istifadəçinin maliyyə məlumatlarını təhlil edərək xərcləmə vərdişləri, fakturalar, abunəliklər və ümumi aktivlər barədə hesabat təqdim edir. Həmçinin platforma "Bu ay ən xoş hara pul xərcləmişəm?", "Kredit kartı borcumu necə tez bağlaya bilərəm?" kimi suallara fərdi cavablar hazırlayır. Hesabların inteqrasiyası 12 mindən çox maliyyə qurumu ilə əməkdaşlıq edən "Plaid" platforması vasitəsilə həyata keçirilir.

Yeni funksiya geniş imkanlar yaratsa da, "ChatGPT"nin hesablar üzərində pul köçürmək, faktura ödəmək və ya investisiya əməliyyatları aparmaq kimi səlahiyyətləri yoxdur. Platforma yalnız balans, əməliyyat tarixçəsi və borclar kimi həssas məlumatları oxuya bilir. "OpenAI" rəsmiləri proqramın tam hesab nömrələrini görmədiyini və əlaqə kəsildikdən sonra bütün məlumatların 30 gün ərzində sistemdən silinəcəyini bəyan ediblər.

Bu yenilik eyni zamanda böyük təhlükəsizlik və məxfilik müzakirələrinə yol açıb. Çünki daimi xərclər, kreditlər və investisiya portfeli insanın həyat tərzi barədə bütün detalları üzə çıxarır. Şirkət istifadəçilərin bu məlumatların süni intellektin təlimində istifadə olunub-olunmamasını tənzimləmələrdən seçə biləcəyini qeyd edib.

Şirkət həmçinin xəbərdarlıq edir ki, "ChatGPT" peşəkar maliyyə məsləhətçisini əvəz etmir. Sistem bütçə planlaşdırılması üçün strategiyalar təklif etsə də, hüquqi və vergi məsələlərində ekspertlərin rəyinə əsaslanmaq lazımdır.

Son xəbərlər