Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

ADY-dən üztanıma sistemi ilə bağlı açıqlama (YENİLƏNİB)

16.05.2026 16:14 339
ADY-dən üztanıma sistemi ilə bağlı açıqlama (YENİLƏNİB)
İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay - üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb.

Hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq.

Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.

* * * * *

Sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin üztanıma sistemi ilə ödənişdə problem yaşaması kimi edilən paylaşımlara "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən aydınlıq gətirilib.


ADY-dən verilən məlumata görə, ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə istifadəyə verilən ödəniş sisteminin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır.

"Müvafiq xanaya AA, AZE seriyaları daxil edilib, bu gün isə AB seriyası da əlavə edilib. Artıq “iOS” sistemi ilə çalışan cihazların sahibləri mobil tətbiqi yeniləməklə qeyd edilən prosedurda AB seriyasını da görə bilər və müasir xidmətimizdən yararlana bilərlər. Tezliklə “Android” sistemi ilə çalışan cizahlarda da AB seriyası aktivləşdiriləcək. Yəni üztanıma sisteminin bu səbəbdən müvəqqəti olaraq aktivləşdirilə bilinməməsi “ödənişdə problem yaranması” demək deyil. Gediş haqqını həm üztanıma sistemi, həm “ADY Mobile” tətbiqi, həm NFC, həm də bank kartları və ADY-nin fiziki kartları (yeri gəlmişkən fiziki kartların balansını onlayn artırmaq imkanı da var) ilə ödəmək mümkündür",- məlumatda bildirilib.скачать dle 11.3
Mojo.az Banner