Mojo.az Banner
17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bağ evlərinin kirayə qiyməti artır: Aylıq 10 min manat

15.05.2026 20:23 336
Bağ evlərinin kirayə qiyməti artır: Aylıq 10 min manat
"Yay mövsümü yaxınlaşdıqca bağ evlərinə maraq artır. Bağ evlərinə maraq həmişə yüksək olub, indi də belədir. Quru sərhədlərinin bağlı olduğunu nəzərə alsaq, vətəndaşların böyük hissəsi daha çox yay tətilini ölkə daxilində rayonlarda və bağlarda keçirməyə üstünlük verir".

Bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, yay tətilini istirahət məkanı kimi bağ evlərində keçirən və yaxud paytaxtda öz mənzilləri olan lakin yayda daha çox bağ evlərinə üstünlük verən vətəndaşlarımız üçün istiqamətdir.

"Bu davranış tendensiyası hər il həm bağ evlərinin, həm də bağ evlərinin yerləşdiyi torpaq sahələrinin qiymətində xüsusi artımın meydana gəlməsinə səbəb olur. Bu il istər bağ evlərinin kirayə, istərsə də satış qiymətlərinin dəyişməsi ehtimalı böyükdür. Yerindən asılı olaraq 10-20% arası qiymət artımı gözləyirik. Dövr keçdikcə vətəndaşların bağ evlərinin strukturuna və onun göstəricilərinə tələbləri fərqli şəkildə dəyişir. İndi daha çox tennis kortu, futbol meydançası, hovuzu, texnoloji baxımdan bütün yenilikləri, yəni, ağıllı ev sistemlərinin tətbiq olunduğu varinatda inşa edilmiş bağ evlərinə tələbat daha çoxdur. Texnoloji inkişaf getdikcə, insanlar daha çox yüksək səviyyədə texnoloji imkanlara malik istirahət məkanlarına üstünlük verirlər".

V.Oruc qeyd edib ki, hazırda bağ evlərinin ən yüksək qiymətləri Şüvəlan, Mərdəkan, Bilgəh, Novxanı, Pirşağı və Nardaran ərazilərindədir: "Bağ evlərinin aylıq kirayə qiymətləri 4000-10000 manat arasında dəyişir. Bundan aşağı olan qiymətlər də var. Həmin bağ evləri yuxarıda qeyd etdiyim tələblərə cavab vermədiyi üçün daha ucuz qiymətə təklif olunur. Ucuz qiymətə təklif olunan ərazilər Maştağa, Binə, Hövsan və Bakının digər kəndləri, qəsəbələri ərazisində yerləşir. Bağ evlərinin qiymətinə gəlincə, evlərin qiyməti orta olaraq 60-150 min manat arasında dəyişir. Orta təsnifat bağ evləri üçün qiymətlər təqribən 150-300 min manat arasındadır. Villalar üçün qiymətlər isə 300 min manatdan yuxarıdır. Təbii ki, tələb insanların öz maliyyə imkanlarına uyğun şəkildə dəyişir".скачать dle 11.3
Mojo.az Banner