Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 16 yaşlı yeniyetmə Kürdə batdı  |     20:31 Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişinin FOTOSU  |     20:30 Ömər Çelik: "Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq"  |     20:18 “İmtahanlar saxtalaşdırıldı,oğlumun haqqı tapdalandı” - Aparıcıdan iddia (Video)  |     20:10 Gürcüstanda təlimdə 2 amerikalı hərbçi yaralandı  |     20:04 Azyaşlı uduş müsabiqəsində soyuducu qazandı, gündəm oldu - Video  |     19:57 “Bankdan kredit götürmüşük, pomidor alınmır deyə ödəyə bilmirik” - Video  |     19:51 Dua Lipa bu ölkənin də vətəndaşlığını aldı  |     19:44 UEFA "Sabah"ın rəqibini cərimələyib  |     19:38 Rusiyada partlayışlardan sonra Türkmənistandan qaz nəql edən qaz kəməri sıradan çıxıb  |     19:30 Azərbaycan və Qətər qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib  |     19:25 Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb  |     19:16 İngiltərə klubu hücumçu üçün Almaniya təmsilçisinə rəsmi təklif göndərib  |     19:11 Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb  |     19:04 İyulda dövlət sərhəddini pozduqlarına görə saxlanılanların sayı açıqlanıb  |     18:59 Sabah Bakıda hava günəşli keçəcək  |     18:50 Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb  |     18:45 Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb  |     18:36 Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb  |     18:30 Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılıb  |    

Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?

"2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə qiymətlərində çox ciddi artım var. Demək ki, tələb var, qiymətlər də məhz buna görə belədir. Qiymət artımı ümumi olaraq daşınmaz əmlakın bahalaşmasından irəli gəlir".

Median.Az
xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra qiymətlər çox ciddi şəkildə artıb:

"İnşaat materiallarının ölkəmizə gətirilməsində yaranan problemlərin meydana gəlməsi, qlobal inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi və inkişafı, daşınmaz əmlakın investisiya cəlbediciliyinin artması ümumi qiymətlərə təsir göstərdi. Bu artım tendensiyası indi də davam edir.

Əvvəl bir ayın kirayə haqqı 800-1500 manatadək idi. İndi isə ən yaxşı halda 3000 manata ev tapmaq olur. Son üç ildə qiymət artımı tendensiyası təqribən 30-35% olub. Nəticədə 90%-dək qiymət artımının şahidi olmuşuq".

V.Oruc vurğulayıb ki, bu istiqamətdə ciddi biznes maraqları formalaşıb.

"Sahibkarlar görürlər ki, əhalinin yay dövründə kirayə ev axtarmaq cəhdləri artır, bu istiqamətdə addımlar atırlar. Mərdəkan, Novxanı, Şüvəlan, Bilgəh istiqamətində boş torpaq sahələrini alırlar, villalar tikirlər, bunları ya alqı-satqı məqsədilə bazara çıxarırlar, ya da mövsümi olaraq kirayə verilir".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə deyib ki, hər il yay mövsümü başlayarkən, xüsusilə iyun, iyul, avqust aylarında paytaxtın bağ evi kirayəsi ilə məşğul olan rieltorlar, ev sahibləri ənənəvi olaraq evlərin qiymətini artırırlar:

"Çünki bu, təbiidir, ehtiyac yaranır, təklif çoxalır, qış aylarında kirayə verə bilmədikləri evi yay aylarında daha yüksək qiymətə verməklə gəlirlərini kompensasiya etmək istəyirlər. Bu il bir qədər fərqli olaraq artıq günlük kirayələrin sayı artmağa başlayıb. Əvvəllər bağ evləri daha çox mövsümi verilirdisə, bu il günlük kirayələr artıb. Bu, yenilikdir. Günlük 200-250 manata evlər təklif olunur. Həyət evlərinin kirayə dəyəri bağ evlərindən daha aşağıdır. Fərdi yaşayış evlərinin qiyməti 1000 manatdan başlayır. Əgər hovuz varsa, qiymət 1800-2000 manat aralığında dəyişir. Aylıq verilən evlərin orta qiyməti 3000 manat təşkil edir. Aylıq kirayəsi 5000 manatdan çox olan evlər də var".

R.Qasımzadə əlavə edib ki, mənzillərdə dəniz yaxınlıq məsafəsindən asılı olaraq qiymətlər dəyişir.

"Dənizə daha yaxın mənzillər daha baha olur. Ən bahalı evlər Bilgəh, Buzovna, Şüvəlan, Mərdəkan və Novxanıdadır. Əvvəlki illərdə hətta 10 min manata da evlər təklif edilirdi. Amma indi belə hallara az rast gəlinir. Bəzi bağ evlərinin həyətində hovuzla yanaşı, tennis kortu, mini futbol və basketbol meydançası, ev kinoteatrı olur, hər bir şəraitlə təchiz olunur, bu evlərin qiyməti, sözsüz ki, daha yüksək olur", - deyə o fikrini tamamlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 16.06.25 17:50