Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ nümayəndə heyəti Çində onlara verilən bütün əşyaları zibil qutusuna atıb

15.05.2026 19:50 807
ABŞ nümayəndə heyəti Çində onlara verilən bütün əşyaları zibil qutusuna atıb
ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətinin üzvləri Çini tərk etməzdən əvvəl yerli rəsmilərin onlara təqdim etdiyi bütün əşyaları atmaq məcburiyyətində qalıblar.

Bu barədə "New York Post" qəzetinin müxbiri Emili Qudi məlumat yayıb.

* Si Cinpin və Donald Tramp Pekindəki görüşdə nələri müzakirə etdilər? - TƏFƏRRÜAT - VİDEO

* Hamburger sevən Tramp Çində tərəvəz yeməyə məcbur oldu - VİDEO

* Trampın səfəri zamanı Kremldən ANONS: Putin də Çinə gedir

Jurnalist aydınlaşdırıb ki, təhlükəsizlik qaydalarına görə, Çin ərazisindən təyyarənin göyərtəsinə hər hansı bir əşyanın gətirilməsi qadağan edilib. Bu səbəbdən heyət üzvləri Çin rəsmilərinin amerikalılara verdiyi hər bir şeyi zibil qutusuna atıblar.

"Ağ Ev işçilərinin birdəfəlik telefonları, akkreditasiya kartları, nümayəndə heyəti üçün nişanlar - biz "AF1" (Air Force One) təyyarəsinə minməzdən əvvəl bütün bunları topladılar və zibil qutusuna atdılar", - deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Donald Tramp Çinə üçgünlük səfər edib. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik dövründən bəri, yəni son doqquz ildə Pekinə etdiyi ilk rəsmi səfərdir.

Son xəbərlər