Buzların altında qalan 180 illik dram: Genetik möcüzə reallaşdı
Şimal qütbünün dondurucu səssizliyində təxminən iki əsrdir cavabsız qalan faciənin pərdəsi genetika elminin köməyi ilə aralanır. Müasir elm 1845-ci ildə Şimal-Qərb keçidini tapmaq üçün yola çıxan, lakin buzlu qaranlıqda izsiz yoxa çıxan ser Con Franklin və heyətinin faciəli sonunu bu gün onların nəslindən olan insanların qan nümunələri vasitəsilə aydınlaşdırır.
Alimlər uzaq qohumların təqdim etdiyi DNT nümunələrindən istifadə edərək "HMS Terror” və "HMS Erebus” gəmilərində həyatını itirmiş daha dörd dənizçinin kimliyini dəqiq müəyyənləşdiriblər. Bu nailiyyət Kraliça Viktoriya dövründən bəri Britaniya tarixinin ən böyük sirrlərindən biri hesab olunan ekspedisiya ətrafındakı müəmmaları bir qədər də aydınlaşdırıb.
İtkin düşən dənizçilərin hekayəsi əslində dövrünün ən müasir texnologiyalarının belə təbiət qarşısında aciz qalmasının simvolu hesab olunur. 134 nəfərlik heyətlə təchiz edilmiş ekspedisiya 1846-cı ildə Kral Uilyam adası yaxınlığında buzlara ilişdikdən sonra faciə başlayıb.
Ser Con Franklinin ölümündən sonra ekipaj gəmiləri tərk edərək quruya doğru hərəkət edib. Lakin onları sərt soyuq və aclıq gözləyirdi. Həmin illərdə bölgədə yaşayan inuitlərin "ağ adamlar çarəsizlikdən bir-birini yeyirdi” şəklindəki hekayələri Londonda böyük qalmaqal yaratmışdı. Müasir laboratoriya araşdırmaları isə bu ağır iddiaları genetik sübutlarla təsdiqləyir.
Sirli sənədlərin sahibinin kimliyi məlum oldu
Vaterlu Universitetinin antropoloqları tərəfindən aparılan araşdırmanın ən diqqətçəkən nəticələrindən biri Harri Peqların kimliyinin müəyyənləşdirilməsi olub. 1859-cu ildə tapılan və üzərində şeirlər və dənizçilik qeydləri olan sənədlərin kimə məxsus olduğu onilliklər boyu müzakirə edilirdi.
Cəsədin üzərindəki geyimlərin onun hərbi rütbəsinə uyğun gəlməməsi səbəbindən "Peqlar sənədləri”nin əsl sahibini müəyyənləşdirmək mümkün olmamışdı. Son DNT analizləri isə qalıqların həqiqətən üst göyərtə rəisi Harri Peqlara aid olduğunu və onun gəmisindən təxminən 130 kilometr uzaqda öldüyünü təsdiqləyib.
Tədqiqatçılar həmçinin Uilyam Orren, Devid Yanq və Con Bridcens adlı digər dənizçilərin də kimliyini müəyyən etməyə nail olublar.
Xüsusilə Con Bridcensin müəyyənləşdirilməsi bir ailə bağının yenidən qurulmasına səbəb olub. BBC jurnalisti Riç Preston öz soy ağacı araşdırması zamanı təqdim etdiyi nümunənin həmin dənizçi ilə tam uyğun gəldiyini öyrənib. Beləliklə, əsrlər əvvəl buzlaqlar arasında itən bir ad yaşayan nəslin nümayəndəsi ilə yenidən əlaqə qurmuş olub.
Vterlu Universitetindən doktor Duqlas Stenton bildirib ki, bu tapıntılar yaşayan qohumlar üçün sadəcə elmi məlumat deyil, həm də əcdadlarının son anlarına dair emosional cavabdır.
Hazırda kimliyi müəyyən edilən dənizçilərin sayı altıya çatıb. Lakin onlarla naməlum qalıq üzərində araşdırmalar davam edir. Alimlər "Franklin” ekspedisiyası heyəti ilə qohumluq əlaqəsi ola biləcəyini düşünən insanları DNT nümunəsi təqdim etməyə çağırırlar.
//qaynar.az