Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Cəbrayılın Şükürbəyli kəndinə neçə ailə köçürüləcək?

09.05.2026 17:39 423
Cəbrayılın Şükürbəyli kəndinə neçə ailə köçürüləcək?
Cəbrayıl rayonun Şükürbəyli kəndinə ümumilikdə 2 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.

Bu barədə mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olarkən məlumat verilib.

Qeyd olunub ki, kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır.

İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.

Son xəbərlər