Mojo.az Banner
20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |     20:05 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib  |     19:59 Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"  |     19:47 İran və regional dövlətlər Hörmüz boğazını müzakirə edəcəklər  |     18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF

06.05.2026 16:51 714
Bolşeviklərin adları küçələrdən götürülsün - Deputatdan TƏKLİF
"Milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən yanaşma, toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının iclasında deputat Vasif Qafarov deyib.

O bildirib ki, bu gün bir çox şəhər və qəsəbələrimizdə, o cümlədən Bakıda və Bakı qəsəbələrində hələ də sovet dövründən qalan və dəyərlərimizə yad ideoloji məzmun daşıyan, milli kimliyimizlə uyğunlaşmayan küçə adları mövcuddur:

"Bu baxımdan xüsusilə bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək.

İkincisi, Azərbaycanın bir çox rayonlarında, o cümlədən təmsil etdiyim Lerik rayonunda bəzi kəndlərin adları keçən əsrdə rus dilində tərtib olunan dövlət reyestrlərində yanlış qeyd olunub. Kəndlərin adları qeyd olunarkən bir və ya bir neçə hərf səhvi edilib, nəticədə həmin adlar heç bir toponomik məna daşımayan bir hala gəlib. Müstəqillik dövründə də həmin reyestrlər əsas istinad mənbəyi kimi götürüldüyündən bu yanlışlıqlar təkrar olunub. Yaxşı olardı ki, bu məsələ də diqqətdə saxlanılsın, yerli qurumlar və bələdiyyələr bu yanlışlıqların aradan qaldırılması təşəbbüsü ilə çıxış etsinlər və bu məsələ də öz həllini tapsın.

Son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərimizin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır".скачать dle 11.3
Mojo.az Banner