Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ət kəskin bahalaşacaq

05.05.2026 14:57 630
Azərbaycanda ət kəskin bahalaşacaq
"Qurban bayramı ərəfəsində ət və qurbanlıq heyvanın qiyməti hər il artır. Bu il də eyni halın yaşanması gözlənilir. Bayram bu il 27-28 may tarixlərinə təsadüf edir. Bayrama yaxınlaşdıqca tələb çoxaldığı üçün qiymətlər də yüksəlir”.

Median.Az
xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O bildirib ki, keçən illə müqayisədə bu il yem, dərman, nəqliyyat və saxlama xərcləri təxminən 20 faiz bahalaşıb:

"Fermerlər də heyvanı kəsimə vermək əvəzinə qurbanlıq kimi satmağa üstünlük verir. Ona görə bazarda ət azaldıqca qiymət qalxır.

İlkin proqnozlara görə 2026-cı ildə Bakı və ətrafında qoyunun qiyməti 320 manatdan başlayıb 430 manata qədər, keçi 300-400 manat, dana isə 2600 manatdan 4200 manata qədər olacaq. İribaş heyvanı 7 nəfər şərik kəssə, bir nəfərə təxminən 400-600 manat xərc düşəcək.

Qəssabxanalarda da qiymət qalxır.

İndi 16-18 manata olan mal əti bayramqabağı 19-22 manata, 18-20 manata olan qoyun əti isə 22-25 manata çata bilər. Bayram günü və ondan sonrakı iki gündə qiymətə əlavə 1-2 manat da gələ bilər.

Qiymət artımından yayınmaq üçün heyvanı bayramdan 2-3 həftə əvvəl almaq sərfəlidir, çünki son günlər 10-15 faiz baha satılır. Rayonlardan gətirilən heyvanlar da Bakıdakıdan bir az ucuz olur. Bir neçə ailə birləşib dana alsa, hissəbaşı 50-100 manat qənaət etmək mümkündür. Vəkil ilə kəsim də variantdır, onun qiyməti təxminən 800-850 manat civarında olacaq.

Ümumilikdə 2026-cı ildə qurbanlıq və ət keçən ilə nisbətən orta hesabla 15-25 faiz bahalaşacaq. Əsas səbəb xərclərin artması və bayramqabağı tələbin çoxalmasıdır”.

Son xəbərlər