İstehlakçı qorxusu, yoxsa yanlış məlumat? Toyuq qalmaqalı araşdırıldı
Son dövrlərdə marketlərdə satışa çıxarılan dondurulmuş toyuq məhsulları ilə bağlı istehlakçılar arasında narahatlıq yaradan məsələlərdən biri də qablaşdırmadan sızan qırmızı mayedir. İlk baxışda bu maye qan kimi göründüyü üçün bir çox alıcıda məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradır.
Bununla belə, məhsulun düzgün saxlanmaması, temperatur rejiminin pozulması və ya gigiyenik qaydalara əməl olunmaması hallarında bu cür sızmalar daha ciddi problemlərin göstəricisi də ola bilər.
Dondurulmuş toyuq məhsullarından sızan qırmızı maye tam olaraq nədir, tərkibi nədən ibarətdir?
Bu hal məhsulun keyfiyyətsiz və ya xarab olmasının göstəricisi ola bilərmi?
Toyuq ətinin düzgün saxlanma temperaturu və müddəti nə qədər olmalıdır?
Ərimiş və yenidən dondurulmuş məhsulların təhlükəsi nədən ibarətdir?
Mövzu ilə bağlı Median.Az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov suallarımızı cavablayıb.
Ağa Salamovun sözlərinə görə, vətəndaşlar hər şeyə reaksiya verirlər. Toyuq barədə bilən də, bilməyən də danışdı və xalqın həssas nöqtələri ilə oynadılar.
Mütəxəssis qeyd edib ki, dondurulmuş toyuqda qırmızı maye olmalıdır və təbiidir. Çünki toyuq kəsimdən sonra başından xeyli qan axır. Həmin qan da yuyulmalıdır. Eyni zamanda toyuqlar kəsimdən sonra isti buxara daxil olaraq tükləri xüsusi şotka vasitəsilə təmizlənir. Nəticədə, onun tərkibinə su dəyir.
"Nəzərə alsaq ki, toyuq təzə kəsilib və qablaşdırılmaya gedir, bu zaman da miaqlabin piqmenti olur. Bu da qana qırmızı rəngi verən piqmentdir. Həmin zülal da qabın içinə axır və təbii bir prosesdir. Çox vaxt bu prosesi qorxunc bir hal kimi qələmə verirlər", — deyə baş mütəxəssis əlavə edib.
Dondurulmuş toyuqların içində olan buz məsələsinə də toxunan A. Salamov deyib:
"Bəzən vətəndaşlar düşünür ki, toyuğun qablaşdırılmasında və ya içində buz varsa, deməli, toyuq bir neçə dəfə dondurulub və buzu açılıb. Xeyr, bu səhv yanaşmadır. Çünki bu, əslində işbazlıqdır. Paketə su vurub onu donduranda bir dəfə edilən bir proses olur. Həmin toyuqlar kəsiləndə də çox vaxt onun döş hissəsindən buz çıxır. Bu, işbazlıq növüdür. Amma buzun iki dəfə açılması sayılmır".
Buzu açılıb yenidən dondurulmuş toyuqları ayırd etmək üçün istehlakçılar buna diqqət etməlidir:
"Toyuğun üst hissəsində buz yanığı kimi təbəqə əmələ gəlir. Toyuq bir neçə dəfə dondurulub buzu açılanda keyfiyyətini itirmiş halda və rəngi bulanıq şəkildə görünür".
"Toyuq qablaşdırıldıqda, parça, salfet kimi bez əlavə olunur. O, qanı çəkmək üçün nəzərdə tutulub. Onu sıxdıqda da çəhrayı rəngli qanı müşahidə edəcəksiniz. Burada qorxulu heç nə yoxdur. Ümumiyyətlə, toyuq, balıq, mal əti riskli məhsullar kateqoriyasına aiddir. Bunlar maksimum müsbət 2/4 soyuducusunda saxlanılmalıdır. Bu dərəcələrdə saxlanılan toyuqların 48 saat ömrü var. Lakin dondurucuda saxlanılan toyuqları aylarla (3-4 ay) saxlamaq mümkündür və heç bir sıxıntı da yaratmır", — deyə Ağa Salamov sonda bildirib.
Dəniz Pənahova
Median.Az
Bununla belə, məhsulun düzgün saxlanmaması, temperatur rejiminin pozulması və ya gigiyenik qaydalara əməl olunmaması hallarında bu cür sızmalar daha ciddi problemlərin göstəricisi də ola bilər.
Dondurulmuş toyuq məhsullarından sızan qırmızı maye tam olaraq nədir, tərkibi nədən ibarətdir?
Bu hal məhsulun keyfiyyətsiz və ya xarab olmasının göstəricisi ola bilərmi?
Toyuq ətinin düzgün saxlanma temperaturu və müddəti nə qədər olmalıdır?
Ərimiş və yenidən dondurulmuş məhsulların təhlükəsi nədən ibarətdir?
Mövzu ilə bağlı Median.Az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov suallarımızı cavablayıb.
Ağa Salamovun sözlərinə görə, vətəndaşlar hər şeyə reaksiya verirlər. Toyuq barədə bilən də, bilməyən də danışdı və xalqın həssas nöqtələri ilə oynadılar.Mütəxəssis qeyd edib ki, dondurulmuş toyuqda qırmızı maye olmalıdır və təbiidir. Çünki toyuq kəsimdən sonra başından xeyli qan axır. Həmin qan da yuyulmalıdır. Eyni zamanda toyuqlar kəsimdən sonra isti buxara daxil olaraq tükləri xüsusi şotka vasitəsilə təmizlənir. Nəticədə, onun tərkibinə su dəyir.