Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəngdən sonra kartından pul çıxarıldı və adına 2 kredit rəsmiləşdirildi - Video

28.04.2026 20:50 390
Zəngdən sonra kartından pul çıxarıldı və adına 2 kredit rəsmiləşdirildi - Video
Bir telefon zəngi paytax sakini üçün maddi zərərlə nəticələnib... Bir dəfə kartından pul çıxarılıb, iki dəfə də adına kredit götürüblər...

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə Habil İsmayılovun başına gəlib. Zərərçəkmiş deyir ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslər onunla əlaqə saxlayıb və müəyyən yönləndirmələrdən sonra bank kartına müdaxilə ediblər. Hadisə ayın əvvəlində baş verib.

Təfərrüatları öyrənmək üçün Habil İsmayılov sabahı gün banka gedib. Araşdırma aparılarkən ona bildiriblər ki, 50 manat və 23 manat pul başqa kartlara yüklənib. Hələ üstəgəl onun adına onlayn formada kredit də rəsmiləşdirilib.

Habil İsmayılov başına gələnlərlə bağlı ərazi üzrə Xəzər rayon 3-cü polis bölməsinə də müraciət edib. Amma kiberdələduzlar bununla da kifayətlənməyib onun adına növbəti dəfə onlayn formada kredit kartı sifariş veriblər. Amma onlar şifrəni üç dəfə səhv yazdıqları üçün kart bloklanıb. Habil İsmayılov təkrar banka gedib və adına olan bütün bank kartlarını blokladıb. Zərərçəkmiş kiberdələduzların aşkar olunmasını və ona dəymiş zərərin ödənilməsini istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirdi ki, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Son xəbərlər