Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı

27.04.2026 22:14 1 107
Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı
İranın Hörmüz boğazı ilə bağlı hazırladığı qanun layihəsi gəmilərdən keçidə görə deyil, göstərilən xidmətlərə görə ödəniş alınmasını nəzərdə tutur.

Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Bildirilir ki, Tehran gəmiçilik şirkətlərinin boğazdan keçid zamanı təqdim olunan konkret xidmətlərə görə ödəniş etməsini təklif edir. Bu yanaşma İrana birbaşa keçid rüsumu tətbiq etmədən gəmiçilikdən gəlir əldə etməyə imkan yarada bilər.

İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəhbəri İbrahim Əzizi bildirib ki, ödənişlər milli valyuta - İran rialı ilə həyata keçirilməlidir.

Onun sözlərinə görə, layihə faktiki olaraq Hörmüz boğazı üzərində nəzarətin İran Silahlı Qüvvələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. O qeyd edib ki, İran ordusu "düşmən gəmilərini" buraxmayacaq.

Qəzet vurğulayır ki, təklif olunan mexanizm BMT-nin dəniz hüququ üzrə konvensiyasının müddəalarını pozmadan gəlir əldə etməyə imkan verə bilər. Həmin sənədə əsasən, xarici gəmilər yalnız keçidə görə rüsumla yüklənə bilməz, lakin konkret xidmətlər - məsələn, loçmanlıq və ya təhlükəsizlik təminatı - üçün ödəniş tələb oluna bilər.

Qeyd edək ki, İran bu konvensiyanı imzalasa da, hələ ratifikasiya etməyib.

Son xəbərlər