Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

"Bu, hərbi xidmətə yararsız olması üçün əsas yaratmır" - 3 barmağı olan çağırışçı ilə bağlı açıqlama (FOTO)

27.04.2026 20:25 543
Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib.

Bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiyalar şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Abbasquliyev Fəzail Amil oğlunun guya hərbi xidmətə yararsız olduğu halda yararlı hesab edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir:

"Adıçəkilən vətəndaş 01.12.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib.

Aparılmış tibbi müayinənin nəticələrinə əsasən, vətəndaşın mövcud sağlamlıq vəziyyəti və müəyyən edilmiş diaqnozu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır.

Bir daha qeyd edirik ki, vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsi yalnız mövcud qanunvericilik və tibbi göstəricilər əsasında müəyyən edilir.

Eyni zamanda, vətəndaş qəbul edilmiş qərardan narazı olduğu halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir", - deyə açıqlamada qeyd olunub.


Son xəbərlər