Mojo.az Banner
20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |    
Left Banner
Right Banner

"WhatsApp" və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu (FOTO)

25.04.2026 18:00 438
İlon Maskın X sosial şəbəkəsi mesajlaşma üçün ayrıca tətbiq – "XChat"ı ictimai istifadəyə açıb. Yeni messencer artıq "iPhone" istifadəçiləri üçün əlçatandır və "WhatsApp", "Telegram" və digər platformalara birbaşa rəqib kimi təqdim olunur.

Valyuta.az xəbər verir ki, tətbiqin təsvirinə görə, burada bitkoin protokoluna bənzər E2E şifrələmə, hər iki tərəf üçün yazışmaların silinməsi və ekran görüntüsü və ekran yazısının qadağan edilməsi kimi funksiyalar var. Həmçinin reklamların olmadığı vurğulanır.

"XChat"a giriş yalnız X hesabı vasitəsilə mümkündür. Yəni tətbiqdən istifadə etmək üçün təkcə messenceri yükləmək kifayət etmir, həm də Maskın sosial şəbəkəsində qeydiyyat tələb olunur.

Xatırladaq ki, messencerin təqdimatı barədə ilk məlumat 2025-ci ilin iyununda yayılmışdı. O vaxtdan bəri xidmət test rejimində bəzi istifadəçilər üçün açıq idi. Hazırda "XChat" yalnız "iPhone" üçün mövcuddur, Android versiyasının isə daha sonra çıxacağı gözlənilir.

Media yazır ki, "XChat" sürətlə populyarlıq qazanır: tətbiq "App Store"da iki kateqoriyada – pulsuz tətbiqlər və sosial şəbəkələr bölməsində – birinci yerə yüksəlib.


скачать dle 11.3
Mojo.az Banner