Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Pulunu dollarla saxlayanlara şad xəbər

25.04.2026 17:10 609
Pulunu dollarla saxlayanlara şad xəbər
Yaxın Şərqdə davam edən münaqişə ABŞ dollarının mövqelərini daha da gücləndirib. Beynəlxalq ödəniş sistemi SWIFT-in məlumatlarına görə, mart ayında dolların qlobal hesablaşmalardakı payı 49,2%-dən rekord həddə - 51,1%-ə yüksəlib.

Reytinqdə ikinci yerdə böyük fərqlə avro (təxminən 21%) qərarlaşıb. Onu Britaniya funtu, yapon yeni və Çin yuanı izləyir.

Dolların möhkəmlənməsi onun “təhlükəsiz liman” valyutası statusu ilə izah olunur. ABŞ və İsrailin İrana zərbələri fonunda investorlar riskli aktivləri sataraq ABŞ valyutasına üstünlük veriblər.

Dedollarizasiyanın sonu gəlir?

Yeni statistika qlobal iqtisadiyyatın yaxın vaxtlarda dollardan imtina edəcəyi ilə bağlı fikirlərə zərbə vurur. JPMorgan analitikləri, o cümlədən Joyce Chang bildiriblər ki, ötən il müşahidə olunan dollar zəifliyi onun ehtiyat və əsas valyuta kimi rolunu azaltmayıb. Onların fikrincə, daha çox diversifikasiya prosesi gedir, lakin dollardan kütləvi imtina müşahidə olunmur.

Rəqiblərə gəldikdə, Çin özünün CIPS adlı ödəniş sistemini inkişaf etdirməyə davam edir. Lakin onun qlobal miqyasda tətbiqi hələ də yavaşdır. Mart ayında yuanın SWIFT əməliyyatlarındakı payı bir qədər artaraq 3,1%-ə çatıb, lakin bu göstərici hələ də tarixi maksimumlardan aşağıdır.

Qeyd edək ki, SWIFT statistikası bütün qlobal valyuta bazarını əhatə etmir (xüsusilə 2022-ci ildən sonra bəzi Rusiya banklarının sistemdən ayrılması səbəbilə). Bununla belə, sistem ildə 13 milyarddan çox əməliyyatı emal edir və qlobal ticarətin əsas göstəricilərindən biri hesab olunur.

Təbii ki, ölkəmizdə də pulunu dollarla saxlayanların sayı az deyil.

"Unikal" xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya danışan iqtisadçı Natiq Cəfərli ABŞ dollarının gələcəyi ilə bağlı hələlik hər hansı bir problem görünmədiyini bildirib:

“Əlbəttə, buna qədər bu istiqamətdə cəhdlər olub. Son 50 ildə bəlkə də 5-6 dəfə dolları dəyərsizləşdirmək üçün ciddi cəhdlər olub. Avronun yaranması belə dolları dəyərdən salmaq məqsədi daşıyırdı. Amma 30 ilə yaxın dövriyyədə olmasına baxmayaraq avro dollarla rəqabətdə uduzur.

İndi Çin öz milli valyutasını-yuanı önə çıxartmağa çalışır. Bu da mümkünsüzdür. Çünki Çinin aktivləri, yatırımları, borc kağızları və valyuta ehtiyatları dollardadır. Ona görə də yaxın 5-10 ildə dolları hər hansı bir təhdid gözləmir. Gələcəkdə isə çox şey ola bilər. Məsələn elektron pullar dövriyyəyə çıxa bilər. Elektron dolların özü yarana bilər ki, bu zaman kağız dollara ehtiyac qalmaz. Hələliksə dolların hegemonluğuna ciddi bir təhlükə görünmür”.скачать dle 11.3
Mojo.az Banner