Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu |
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi

24.04.2026 12:38 735
Tovuzda ailəsi tərəfindən atılmış üç azyaşlı uşaq evinə yerləşdirildi
Tovuz rayonunda valideynlərinin imtina etdiyi üç uşaq Şəkidəki uşaq evinə yerləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumatda qeyd edilir ki, azyaşlılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən qəbul edilərək Şəki şəhərindəki 6 saylı uşaq evinə təhvil veriliblər:

"Azyaşlıların vəziyyətləri nəzarətdə saxlanılır, onlara mütəmadi baş çəkilir. Hazırda uşaqların vəziyyətləri normaldır. Uşaqlar valideynləri ilə telefon vasitəsilə əlaqə yaradırlar".

İcra hakimiyyətindən bildirilib ki, azyaşlıların anası Təranə Ələsgərovanın vəziyyəti də nəzarətdədir:

"Qadın ikinci qrup əlildir, danışma və eşitmə məhdudiyyətləri var. Təranə Ələsgərova hazırda anasının himayəsindədir. Həmçinin rayon icra hakimiyyəti də qadını nəzarətdə saxlayır. Ana ilə uşaqlarını bir neçə dəfə görüntülü danışdırmışıq".

Xatırladaq ki, Tovuz şəhəri, Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə üç azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, ailənin üç övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov - ataları tərəfindən dilənçiliyə vadar edilib.

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və üç övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.

Son xəbərlər