Mojo.az Banner
18:56 Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı  |     18:18 Ukrayna "Maşa və Ayı" cizgi filminin "Netflix"də qadağan edilməsini istəyir  |     18:13 Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?  |     17:53 Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu  |     17:52 Ceyhun Bayramov Moskvaya gedir  |     17:48 Samuxda kütləvi zəhərlənmə  |     17:45 ABŞ-də üzərində Trampın təsviri olan qızıl sikkə buraxılacaq  |     17:06 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı  |     16:57 İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ  |     15:04 Əli Əsədov Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb  |     14:45 FIFA-dan qalmaqallı qərar: Dünya çempionatının finalında fasilə niyə uzadılır?  |     14:35 Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verilib  |     13:43 Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI  |     13:37 Bakının bir küçəsində hərəkət istiqaməti dəyişdirilir  |     13:36 Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - Video  |     13:12 Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü  |     13:12 Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR  |     13:01 10 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil satdılar - VİDEO  |     12:29 Bakıda 31 tonluq yanacaq daşıyan maşın yandı - VİDEO  |     12:23 Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO  |    
Left Banner
Right Banner

Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

11.04.2026 13:23 267
Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalicə üçün anasının himayəsinə verilib.

Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixoloji problemləri olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.

Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər. Ailənin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.скачать dle 11.3
Mojo.az Banner