Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda zəhərlənən tələbələrin SON DURUMU açıqlandı

25.12.2024 11:59 1 668
Tovuzda zəhərlənən tələbələrin SON DURUMU açıqlandı
"Tovuz rayonunda baş verən zəhərlənmə nəticəsində beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin isə müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir".

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq verilib.

"Dekabrın 24-ü, saat 15:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Səkkiz nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Beş nəfər ambulator müalicə almaq üçün evə buraxılıb, üç nəfərin müalicəsi isə Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

Son xəbərlər