Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Region göstəriciləri reallığı əks etdirirmi? - İqtisadçı deputatın çıxışını şərh etdi

23.04.2026 22:12 477
Region göstəriciləri reallığı əks etdirirmi? - İqtisadçı deputatın çıxışını şərh etdi
"Əhalinin böyük bir hissəsi ya qeyri-rəsmi işləyir, ya işsizdir, ya da gizli işsizlik vəziyyətindədir. Regionlarda 45 faizlik göstərici isə mütləq rəqəm kimi deyil, əmək müqavilələrinin ümumilikdə az olduğu bir sistem daxilindəki pay kimi qiymətləndirilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Milli Məclisin deputatı Vüqar Bayramovun "əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır" fikrinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, məsələyə obyektiv yanaşmaq üçün bir neçə mühüm aspekt nəzərə alınmalıdır:

"Rəqəmlərin özü tamamilə uydurma deyil, lakin onların seçilmiş və daha əlverişli kontekstdə təqdim edildiyi açıq görünür. Bu, klassik "texniki cəhətdən doğru, amma kontekstdən çıxarılmış" təqdimat üsuludur - göstəricilər mövcuddur, amma bütöv mənzərəni əks etdirmir. Vüqar Bayramovun açıqladığı rəqəmlər rəsmi statistikaya əsaslanır. Lakin bu rəqəmlərin kontekstdən kənar şərhi yanıltıcı ola bilər. Məsələn, 1 milyon 775 min əmək müqaviləsi ilə çalışan şəxsin ümumi əmək qabiliyyətli əhali (5 milyondan çox) fonunda payı kifayət qədər aşağı görünür".

Vüqar Bayramovun regionlarda yaşayan əhalinin illik gəlirlərinin 32 milyard manatdan çox olması ilə bağlı fikrinə də toxunan Akif Nəsirli bildirib ki, bu rəqəm adambaşına bölündükdə real mənzərə daha fərqli görünür:

"Əgər regionlarda 3–4 milyon əhali yaşayırsa, bu məcmu gəlir adambaşına orta hesabla çox yüksək olmayan göstərici deməkdir. Üstəlik, bu gəlir bərabər bölünmür. İri müəssisələr və böyük sahibkarların qazancı ortalamanı süni şəkildə yüksəldə bilər".

İqtisadçı əlavə edib ki, Bakı ilə regionlar arasındakı fərqin azalması məsələsi uzun illərdir aktualdır:

"Müstəqil iqtisadçıların və beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və Asiya İnkişaf Bankının hesabatları bu fərqin hələ də ciddi olduğunu göstərir. Bir sıra rayon mərkəzlərində infrastruktur, iş imkanları və gəlir səviyyəsi Bakı ilə müqayisədə xeyli geri qalır. Kəndlərdən isə ümumiyyətlə danışmağa belə ehtiyac yoxdur”.

Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayının 1 milyon 775 min nəfər olduğunu bildirib. Onun sözlərinə görə, bu şəxslərin 792 min 737-si regionlarda fəaliyyət göstərir:

"Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır. Regionlarda yaşayan əhalinin illik gəlirləri isə 32 milyard manatdan çoxdur. Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlılığı təmin edib və Bakı ilə bölgələr arasındakı fərqin mərhələli şəkildə azalmasına səbəb olub”.

скачать dle 11.3
Mojo.az Banner