Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Minimum maaş bu tarixdə artacaq - Deputat AÇIQLADI

22.07.2024 12:56 1 344
Minimum maaş bu tarixdə artacaq - Deputat AÇIQLADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Daha sonra hökumətdə müzakirə olunacağı və minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.

Median.Az
xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilkin gözlənti növbəti ilin yanvar ayından etibarən minimum əmək haqqının artması ilə bağlıdır:

"Artım faizinin ikirəqəmli olacağı gözlənilir. Çünki son illər orta aylıq əmək haqqıda ikirəqəmli artım qeydə alınıb. Bu baxımdan biz minimum əmək haqqı artırılan zaman həm 2023 və 2024-cü illərdə normal, orta aylıq əmək haqqı artımı faizinin nəzərə alınması, eyni zamanda inflyasiyanın bu kontekstdə indeksləşdirilməsini təklif edirik. Çünki praktiki olaraq bu minimum əmək haqqı daha yüksək artımların əldə edilməsinə gətirib çıxara bilər.

Nəticədə bu, 700 mindən artıq vətəndaşımızın əmək haqqısının artmasına, birbaşa onların gəlirlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, minimum əmək haqqı alan vətəndaşlarımız daha çox sosial təminata ehtiyacı olan vətəndaşlarımızdır. Bu da onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq.

Bütövlükdə bu istiqamətdə müzakirələr davam edir və təkliflərin hazırlanması və yeni büdcə paketinin müzakirə olunması və nəticə etibarilə minimum əmək haqqının artmasına imkan verəcək.

Konkret məbləği bu ilin payız aylarında müzakirələr göstərəcək”.

Son xəbərlər