Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir |
Mojo.az Avto
Mojo.az Avto

"Əmək bazarı bərbad vəziyyətdədir" - Ekspert

13.07.2024 20:24 1 008
"Bu günlərdə mətbuatda oxudum ki, Cənubi Koreyda robot 9 saat işlədiyinə görə intihar edib. Əslində isə robot 8 saat işləməliymiş. Amma biz 13-14 saat işləyirik, aldığımız maaş 10 günə çatmır. Heç etiraz da etmirik".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli gündə 10-14 saat işləyib aylıq 350-400 manat maaş alan vətəndaşların hüquqlarından danışarkən deyib.

Ekspert Azərbaycanın əmək bazarının bərbad vəziyyətdə olduğunu bildirib:

"Əmək bazarında vəziyyət bərbaddır. Bazarda insanlar alternativ iş yerləri tapa bilmir. Kimin işi var, ondan möhkəm yapışır, nədir ki, onu itirməsin. Çünki itirsə, iş tapa bilməyəcək. Əslində bazar iqtisadiyyatı modeli ilə işləyən ölkələrdə əmək bazarı dimanik və operativ olmalıdır".

Ekspert hesab edir ki, həmin bazarda bir işçiyə bir neçə iş təklif edilməlidir:

"İşçi də seçim imkanlarına malik olmalıdır. Artıq işçilər sahibkardan deyil, sahibkar işçidən yapışır. Sahibkar çalışır ki, onu seçsinlər. Çünki onun alternativi var. Yaxşı şərait yaratmasa, sərfəli təkliflər verməsə, işçi onu deyil, başqasını seçəcək. Həmin sahibkar da müflüsləşəcək, işlətməyə işçi tapmayacaq".

Son xəbərlər