Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH

23.04.2026 17:35 345
Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

Ali Məhkəmədən Oxu.Az-a verilən məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev izah verib.

Hakimin sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. O bildirib ki, qəsdən adam öldürmə cinayətləri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.

Qeyd olunub ki, qəsdən adam öldürmə hallarında yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Belə ki, sadə adam öldürmə (yəni qanunda göstərilən heç bir ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə - red.) cinayətlərinə görə cəza 9 ildən 14 ilədək müddəti əhatə edir. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, bu halda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.

Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilik daha humanist yanaşmanı nəzərdə tutur. Belə ki, 14 yaşdan 18 yaşadək şəxslər qəsdən adam öldürmə cinayəti törətdikdə, cinayətin ağırlığından asılı olmayaraq, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hakim həmçinin vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən kateqoriyadan olan şəxslərə tətbiq edilmir. Bunlara yetkinlik yaşına çatmayanlar, qadınlar və barəsində məhkəmə hökmü çıxarılanadək 65 yaşı tamam olmuş şəxslər daxildir.

Məlumata görə, qəsdən adam öldürməyə görə məhkum olunan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Əgər şəxs əvvəllər də cinayət törədibsə və residiv halları mövcuddursa, cəza xüsusi rejimli müəssisədə icra oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər isə cəzalarını həbsxanada çəkirlər.скачать dle 11.3
Mojo.az Banner