Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?

17.04.2026 16:21 999
"Zara" və "Bershka" kimi tanınmış brendlərin sahibi olan İspaniyanın "Inditex" geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.

Median.Az
İspaniyanın "El Pais" nəşrinə istinadən xəbər verir ki, kiberhücum kənar xidmət təminatçısının serverlərində yerləşən məlumat bazalarına qarşı törədilib.

"Inditex"dən verilən açıqlamada bildirilir ki, sözügedən bazalarda yalnız fərqli bazarlardakı istehlakçılarla olan ticari əlaqələrə dair detallar saxlanılıb. Şirkət vurğulayıb ki, müştərilərin ad-soyadları, əlaqə nömrələri, ünvanları, parolları, həmçinin bank kartı və digər maliyyə rekvizitləri kimi həssas məlumatlar tam qorunub. İlkin yoxlamalar kiberhücumun alıcıların fərdi məlumatlarına zərər vurmadığını göstərir.

Korporasiya dərhal qoruyucu protokolları işə salaraq aidiyyəti qurumları məlumatlandırıb. Bildirilib ki, "Inditex"in əməliyyat sistemlərinin fəaliyyətində hər hansı mənfi təsir qeydə alınmayıb və istifadəçilər xidmətlərdən tam təhlükəsiz şəkildə istifadə etməyə davam edə bilərlər.

Xatırladaq ki, ispan iş adamı Amansio Orteqa tərəfindən yaradılan "Inditex" hazırda dünyanın 100-ə yaxın ölkəsində 5 500-dək satış nöqtəsinə sahibdir. Korporasiyaya "Zara", "Pull&Bear", "Massimo Dutti", "Bershka", "Stradivarius" və "Oysho" kimi populyar markalar daxildir. Şirkət 2025-ci maliyyə ili üçün (1 fevral 2025 - 31 yanvar 2026) xalis gəlirinin 6.22 milyard avro təşkil edərək tarixi rekord həddə çatacağını proqnozlaşdırır.

Son xəbərlər