Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

17.04.2026 13:25 516
Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ
Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd qəbulu 15 may tarixinədək elektron qaydada (bayram və qeyri-iş günləri daxil), eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, "Naxçıvan-1" hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcək (şənbə, bazar və bayram günləri istisna olmaqla). Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.

Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Çavuş hazırlığı (MAHHXHQ)" hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.

Xidmət yerləri:

- Bakı şəhəri;

- Sumqayıt şəhəri;

- Gəncə şəhəri;

- ⁠⁠Naxçıvan MR;

- ⁠Mingəçevir şəhəri;

- ⁠Kürdəmir rayonu.

Tələb olunan sənədlər:

- ⁠kursa qəbul olunmaq barədə ərizə;

- ⁠anket forması;

- ⁠tərcümeyi-hal (1 nüsxədə);

- ⁠təhsil haqqında sənədin surəti (1 nüsxədə);

- ⁠doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

- ⁠yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

- ⁠əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

- ⁠şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

- ⁠sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);

- ⁠nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

- ⁠həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

- ⁠rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);

- ⁠hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);

- ⁠psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Qeyd edək ki, namizədlər ərizə və anket formasını, həmçinin tərcümeyi-hal nümunəsini Milli Müdafiə Universitetinin rəsmi saytının (mmu.edu.az) "Təhsil müəssisələrinə qəbul" bölməsindən "Çavuş hazırlığı" seçimini etdikdən sonra "Sənədlər" bölməsinə daxil olaraq əldə edə bilərlər.

İmtiyazlar:

Kurs müddətində:

- Əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.

Xidmət müddətində:

- ⁠kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;

- ⁠xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

- ⁠il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

- ⁠ailə üzvləri üçün güzəştli tibbi təminat;

- ⁠güzəştli ipoteka krediti;

- ⁠Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

- ⁠karyerada inkişaf.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.скачать dle 11.3

Son xəbərlər