Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək |
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə MÜRACİƏT - VİDEO

27.03.2024 12:49 2 106
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə MÜRACİƏT - VİDEO
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel ayının 26-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 27 mart - 26 aprel 2024-cü il hər gün (bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Son xəbərlər