Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Papua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu

16.04.2026 16:02 771
Papua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu
Papua-Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər həyatını itirib.

Bu barədə "New Zealand" radiostansiyası məlumat yayıb.

Məlumata əsasən, hadisə ölkənin əsas ərazisindən şimal-şərqdə, Yeni Britaniya adasında yerləşən Şərqi Yeni Britaniya əyalətində qeydə alınıb. Davamlı şiddətli leysan və daşqınların ardınca Qazel kəndini torpaq qatı basıb.

Dağıntılar altında hələ də insanların ola biləcəyi vurğulanır, bu səbəbdən də qurbanların sayının artacağı istisna olunmur. Hazırda xilasetmə xidmətləri hadisə yerində fəaliyyətlərini davam etdirirlər.

Son xəbərlər