Mojo.az Banner
23:02 Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR  |     22:57 İki güləşçimiz Avropa çempionatında finala yüksəldi  |     22:51 ChatGPT bank kartlarımıza giriş əldə etdi  |     22:49 ABŞ-İran danışıqlarının yeni raundunun TARİXİ AÇIQLANDI  |     22:34 Sürücülərin diqqətinə - Maşında bunlar yoxdursa, cərimələnə bilərsiniz  |     22:28 Bakı-Tiflis-Bakı qatarı açılır: Regionların turizm potensialı necə dəyişəcək?  |     22:24 Əli Əsədovdan dəmir yolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR  |     22:16 BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR  |     22:10 Bakıdan qayıdan müğənni reanimasiyaya yerləşdirildi  |     22:02 Hoteldə qadın kişi müştərisinin 34 minlik “Rolex” markalı saatını oğurladı  |     21:54 Ağdamda İşğal və Zəfər Muzeyləri kompleksi inşa olunacaq  |     21:17 Xəzər dənizində zəlzələ olub  |     21:08 Qardaşını bıçaqlayan şəxsə hökm oxundu  |     21:03 Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşdan 133 min aldı - Məhkəmə işi  |     20:56 Yağış və tullantı sularının idarə olunması ilə bağlı RƏSMİ AÇIQLAMA  |     20:51 Ukraynada prezident seçkiləri bu vaxt keçirilə bilər  |     20:42 "Ebola virusundan 139 nəfər ölüb" - ÜST  |     20:37 Sabah 27° isti olacaq  |     20:29 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     20:24 Azərbaycanda 35 nəqliyyat vasitəsi özəlləşdirildi  |    
Left Banner
Right Banner

"5 min manat verdim, bir ay sonra iş bağlandı" - Uşaq bağçasının direktorunun məhkəməsi

15.04.2026 22:35 402
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkənlər ifadə veriblər.

Zərərçəkən A.Z. işlə bağlı vakansiya üzrə müraciət etdiyini etdiyini bildirib:

"Mən musiqi müəllimi kimi müraciət etmişdim. Pulla bağlı haqq-hesabı H.Rüstəmova ilə atam həll edib, mən o prosesləri görməmişəm. Ödənişi verəndən on gün sonra işə düzəldim. Bir il maaş aldım, daha sonra ala bilmədim deyə işdən çıxdım. Hazırda ziyanım ödənilib, şikayətim yoxdur".

Digər zərərçəkən C.K iş üçün müraciət etdiyində ona təcrübə keçdikdən sonra işləyə biləcəyinin deyildiyini bildirib:

"Mənə dedilər ki, bir ay təcrübə keçməliyəm, daha sonra işlə təmin ediləcəyəm. Bu xanıma (təqsirləndirilənə işarə edir) 5000 manat pul vermişəm. Bir ay sonra iş bağlandı.".

Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.скачать dle 11.3
Mojo.az Banner