Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Pakistan banklara kriptovalyuta şirkətləri ilə işləməyə icazə verdi

15.04.2026 18:56 423
Pakistan banklara kriptovalyuta şirkətləri ilə işləməyə icazə verdi
Pakistanın Mərkəzi Bankı (PMB) 2018-ci ildən bəri qüvvədə olan qadağanı ləğv edərək yerli banklara lisenziyalı kriptovalyuta şirkətləri üçün hesablar açmağa icazə verib.

Bu barədə Median.Az "Reuters" agentliyinə istinadən məlumat yayıb.

Bu addım virtual aktivlər haqqında qanunun qüvvəyə minməsindən sonra atılıb və kriptovalyuta biznesinin ölkənin maliyyə sisteminə inteqrasiyası yolunda ilk mərhələ hesab olunur.

PMB-nin məlumatına görə, artıq banklar Pakistan Virtual Aktivlərin Tənzimlənməsi İdarəsi (Pakistan Virtual Assets Regulatory Authority, PVARA) tərəfindən verilən lisenziyaları yoxlamalı və müştərilərin milli valyutada olan hesablarını ayrıca idarə etməlidirlər.

Bununla yanaşı, müştərilərin yoxlanılması və əməliyyatlara nəzarət məsuliyyəti bankların üzərində qalır. Maliyyə qurumlarına öz və ya müştəri vəsaitləri hesabına kriptovalyutalara sərmayə yatırmaq və ya onları saxlamaq qəti qadağandır.

"Bu, virtual aktivlərin Pakistanın rəsmi maliyyə sisteminə daxil edilməsi istiqamətində atılmış təməl bir addımdır", - deyə PVARA-nın sədri Bilal bin Sakib bildirib.

Qeyd edək ki, 2023-cü ildə Pakistan hökuməti ölkə ərazisində kriptovalyutaları tamamilə qadağan etmək niyyətində idi. Həmin dövrdə maliyyə naziri vəzifəsində çalışan Ayşə Qaus Paşa rəqəmsal valyutalara icazə verilməyəcəyini və onların leqallaşdırılması məsələsinin ümumiyyətlə müzakirə olunmayacağını vurğulamışdı. Lakin 2025-ci ilin yazında Sakib rəqəmsal aktivlərin idarə edilməsi üzrə maliyyə nazirinin baş məsləhətçisi təyin olunduqdan sonra vəziyyət dəyişib. Onun iştirakı ilə ölkədə rəqəmsal valyutaların leqallaşdırılması planı hazırlandı və PVARA tənzimləyici orqanı yaradılıb.

Sakib qeyd edirdi ki, hər bir dövlət prezidentin kriptovalyutanı milli prioritetə çevirdiyi ABŞ-dən nümunə götürməlidir. Həmin ilin aprel ayında dünyanın ən böyük kriptobirjası olan "Binance"ın təsisçisi və keçmiş rəhbəri Çanpen Çao Pakistan Kriptovalyuta Şurasının (PCC) strateji məsləhətçisi olub. Onun əsas vəzifəsi Pakistan hökuməti və özəl sektorla birlikdə kriptovalyutaların tənzimlənməsi, infrastrukturu, tədrisi və tətbiqi ilə bağlı tövsiyələr vermək idi.

2026-cı ilin yanvar ayında isə Pakistan hökuməti Trampın "World Liberty Financial" kriptolayihəsi ilə əlaqəli olan bir şirkətlə əməkdaşlıq edəcəyini açıqlayıb. Söhbət Pakistan Mərkəzi Bankının iştirakı ilə bu layihəyə aid "USD1" steyblkoininin ölkənin ödəniş sisteminə inteqrasiya edilməsindən gedirdi.

Son xəbərlər