Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb

15.04.2026 11:44 351
Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı yeni tələb
Məhkəmələrdə xəstəliyə görə cəzadan azad edilmə ilə bağlı müraciətlərə baxılarkən məhkumun mövqeyi mütləq dəqiqləşdirilməlidir. Bu məqsədlə məhkumun iclasda bilavasitə iştirakı, zərurət yarandıqda isə videokonfrans formatında qoşulması təmin edilməlidir.

Median.Az
"Trend"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə göndərilən tövsiyədə bildirilib.

Vurğulanıb ki, xəstəliyə görə cəzadan azad etmə institutunun tətbiqi zamanı məhkumun sağlamlıq vəziyyəti və onun cəzanı faktiki çəkmək imkanının olub-olmaması əsas götürülür. Mövcud qanunvericiliyə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulmuş şəxslər cəzadan azad edilirlər.

Təcrübə göstərir ki, bəzi hallarda məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən edilən müraciətlərə xəstəliyi təsdiq edən sənədlər əlavə olunmur. Həmçinin, bəzən məhkumun iştirakı təmin edilmədən həkim komissiyasının rəyinin alınması üçün qərarlar qəbul edilir. Bu isə sui-istifadə hallarına, əsassız müraciətlər nəticəsində ehtiyac olmadığı halda təxliyələrin həyata keçirilməsinə və izafi tibbi müayinələrin aparılmasına səbəb olur.

Qeyd olunanları nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilib:

- Xəstəliyə görə cəzadan azad etmə barədə ərizələr üzrə işin halları tam, hərtərəfli və obyektiv araşdırılmalı;

- Müdafiəçinin və ya qanuni nümayəndənin müraciətinə dair məhkumun mövqeyini öyrənmək üçün işə məhkumun iştirakı ilə baxılmalı;

- Səhhəti məhkumun məhkəməyə gəlməsinə imkan vermədikdə videokonfrans sistemindən istifadə olunmalı;

- Müraciətə tibbi sənədlər əlavə edilmədikdə, həmin sənədlər cəzanı icra edən müəssisədən tələb edilərək sənədlərdəki natamamlıq aradan qaldırılmalı.скачать dle 11.3
Mojo.az Banner