Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunvericilikdəki dəyişiklikdən sonra cəzadan tamamilə azad edilən məhkumların sayı AÇIQLANDI

17.05.2021 18:13 1 329
Qanunvericilikdəki dəyişiklikdən sonra cəzadan tamamilə azad edilən məhkumların sayı AÇIQLANDI
“2020-ci il mayın 1-də qəbul olunmuş qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib, bəzi cəzalar yüngülləşdirilib. Ötən dövrdə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən, 2 100-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3 300-dən artıq məhkumun cəza müddəti azaldılıb”.

Bunu Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Milli Məclis” jurnalının 2021-ci il mart-aprel buraxılışında müsahibəsində bildirib.

F.Məmmədov qeyd edib ki, təkcə ötən il məhkəmələr tərəfindən 2 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib:

“Bununla yanaşı, 740 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər. Ötən il pandemiya şəraitində yaşı 65-dən yuxarı olan məhkumların əksəriyyəti respublika Prezidenti tərəfindən əfv olunub.

Dövlət başçısının Novruz bayramı ərəfəsində, martın 18-də imzaladığı 625 nəfəri əhatə edən əfv sərəncamı müstəqillik dövrümüzün ən böyük əfvlərindən olmaqla minlərlə ailəyə sevinc bəxş edib. Sərəncamla həmin şəxslərdən 475-i azadlığa buraxılıb, 98 nəfərin cəzası yarıyadək azaldılıb, 3 nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətlə əvəzlənib, 49 nəfər isə digər cəzalardan azad ediliblər. Onların sırasında xarici ölkələrin vətəndaşları da olub”.скачать dle 11.3
Mojo.az Banner