Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

"Microsoft" "Windows 11"in aktivləşdirilməsi qaydalarını dəyişdi

14.04.2026 12:18 489
2026-cı ildən etibarən "Windows 11" əməliyyat sisteminin aktivləşdirilməsi üçün cəmi iki metod mövcud olacaq.

Bu barədə "Neowin" portalı məlumat yayıb.

Məlumata görə, "Microsoft" korporasiyası 2025-ci ilin dekabrından başlayaraq əməliyyat sistemlərinin (ƏS) telefon vasitəsilə təsdiqlənməsi prosedurunu ləğv edib. Bu üsul sistemin qeydiyyatı və aktivasiyası üçün tətbiq edilən ən köhnə variantlardan biri sayılırdı. Texnologiya nəhəngi rəsmi səhifəsindəki dəstək bölməsini yeniləyərək əməliyyat sisteminin təsdiqlənməsi formalarını yenidən açıqlayıb.

Əgər istifadəçi "Windows 11" lisenziyasını rəsmi satış nöqtələrindən əldə edirsə, o zaman 25 simvoldan ibarət xüsusi kodu sistemə daxil etməlidir. Həmin şifrə, bir qayda olaraq, qutu daxilindəki kağız daşıyıcılarda yer alır. Digər bütün istifadəçi qrupları üçün isə Amerika şirkəti əməliyyat sistemini onlayn qaydada aktivləşdirməyi məsləhət görür.

Korporasiyadan verilən məlumata əsasən, bu yeni yanaşma aktivasiya prosedurunu daha təhlükəsiz və dayanıqlı edir, həmçinin dələduzluq hallarının qarşısını alır. "Microsoft" nümayəndələri əlavə ediblər ki, rəsmi portal üzərindən qeydiyyatdan keçmək üçün istifadəçinin şəxsi hesabı və bu hesaba bərkidilmiş əməliyyat sistemi mütləqdir.

Tərtibatçı şirkət onlayn aktivasiya üsulunun həm fərdi istehlakçılar, həm də korporativ müştərilər üçün ideal olduğunu vurğulayıb. Bununla belə, şirkət oflayn rejimdə əməliyyat sistemini aktivləşdirmə metodunun tamamilə dayandırılmayacağına dair söz verib.скачать dle 11.3
Mojo.az Banner