Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT

14.04.2026 12:02 558
Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarının toyundan qayıdırmışlar. Onlar yolun kənarında "Hyundai" markalı yük avtomobilinin yaxınlığında dayanaraq taksi gözləyiblər.

Həmin vaxt yüksək sürətlə hərəkət edən "Toyota Corolla" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə piyadaları vurub, daha sonra isə yük maşınına çırpılaraq yanıb.

Qəza nəticəsində Samir Məmmədov hadisə yerində, Elvin Əsgərov isə xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan Azad Əhmədov hazırda komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsindədir.

Qəza zamanı "Toyota" markalı avtomobildə sərnişin qismində olan bir qadın da xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər