Mojo.az Banner
22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |     20:40 Avstriyada məktəbli qızlara hicab qadağan olundu  |     20:34 Tanınmış aktrisa vəfat etdi  |     20:25 Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi  |     20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |    
Left Banner
Right Banner

Elektron Təhlükəsizlik Xidməti: "Dövlət qurumları adından kütləvi fişinq hücumları həyata keçirilib"

09.04.2026 11:40 333
Elektron Təhlükəsizlik Xidməti:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində aparılmış monitorinqlər və daxil olmuş insident bildirişləri əsasında "AzStateNet" şəbəkəsinə daxil olan müxtəlif dövlət qurumlarına aid elektron poçt ünvanlarını hədəf alan fişinq xarakterli kütləvi e-poçt kampaniyası müəyyən edilib.

Median.Az
xəbər verir ki, bu barədə AZƏRTAC-a Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib.

Məlumata əsasən, hücum ssenarisi vətəndaşlarda qorxu və təciliyyət hissi yaratmağa yönəlmiş sosial mühəndislik üsullarına əsaslanaraq, saxta bildirişlər və əlavə sənədlər vasitəsilə qurbanları müəyyən tələbləri yerinə yetirməyə sövq etmək məqsədi daşıyır.

Araşdırma zamanı müəyyən edilib ki, hücum ssenarisinin ilkin mərhələsində legitim təsir bağışlayan e-poçt ünvanından "Cinayət istintaqının zəruriliyi barədə bildiriş" başlıqlı məktub göndərilib, sonrakı mərhələdə isə qurbanla yazışma davam etdirilərək guya hüquqi məsuliyyət və maliyyə öhdəliyi yaradan tələblər irəli sürülüb. Təhlillər nəticəsində qeyd olunan kampaniyanın zərərli keçid və ya fayllardan daha çox psixoloji təzyiq, manipulyasiya və etibardan sui-istifadə elementləri üzərində qurulduğu müəyyən olunub.

Sözügedən insident üzrə detallı araşdırma mərkəzin Zərərvericilərin Tədqiqatı Laboratoriyası tərəfindən aparılıb.

"Bir daha vətəndaşlara tövsiyə olunur ki, bu tip hallarla qarşılaşdıqda təşvişə düşməsinlər, göndərilən elektron məktubların mənbəyini diqqətlə yoxlasınlar və şübhəli məzmunlu bildirişlərə dərhal cavab verməsinlər. Rəsmi qurumların adından göndərilən, hüquqi məsuliyyət, cərimə və ya təcili hərəkət tələbi yaradan mesajlara qarşı xüsusilə ehtiyatlı yanaşmaq, belə hallarda aidiyyəti qurumlarla birbaşa əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək vacibdir. Eyni zamanda, şübhəli elektron məktublar və əlavələr aşkar edildiyi halda onların informasiya təhlükəsizliyi üzrə məsul şəxslərə və aidiyyəti qurumlara bildirilməsi kibertəhlükələrin qarşısının vaxtında alınması baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə ETX-nin məlumatında qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner