Mojo.az Banner
12:47 Daun sindromu niyə artır? — Həkimdən xəbərdarlıq  |     12:36 Azərbaycan nefti BAHALAŞDI  |     12:29 Bakıda məşhur hoteldə YANĞIN: Qonaqlar təxliyə edildilər - Video  |     12:25 Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər - Video  |     11:46 Messi DÇ yarımfinalında meydana çıxan ən yaşlı meydan oyunçusu oldu  |     11:44 Aİ Ukrayna üçün PUA istehsal edəcək zavodlara 10 milyard avro yatıracaq  |     11:43 MİQ imtahanında texniki problem: Namizədlər üçün yeni tarix müəyyən edildi  |     11:32 "Sən yaşamamalısan!" - Bakıda mağazada səkkiz bıçaq zərbəsi alan qadın dəhşətli anları danışdı  |     11:29 Sürücülərin NƏZƏRİNƏ: Bakının beş küçəsində təmir işləri başlayır  |     11:27 Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb  |     11:20 Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI  |     23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |    
Left Banner
Right Banner

Aprelin 16-25-də Lirid meteor yağışı olacaq

08.04.2026 17:11 390
Aprelin 16-25-də Lirid meteor yağışı olacaq
Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, xalq arasında "ulduz axını" kimi tanınan bu hadisə Yer kürəsinin kosmosda hərəkəti zamanı kometadan qalan toz hissəciklərinin atmosferə daxil olub yanması nəticəsində yaranır.

Vurğulanıb ki, Lirid meteor yağışının maksimum aktivliyi 21-22 aprel gecəsinə təsadüf edəcək. Bu zaman saatda orta hesabla 10-20 meteor müşahidə etmək mümkün olacaq, bəzi hallarda isə bu göstərici daha yüksək ola bilər. Meteorlar Yer atmosferinə çox yüksək sürətlə - təxminən 49 km/saniyə ilə daxil olur ki, bu da onların qısa müddətdə parlaq izlər buraxması ilə nəticələnir.

Lirid meteor yağışının əsas mənbəyi C/1861 G1 (Tetçer) adlı kometadır. Bu kometa 1861-ci ildə ABŞ-li astronom A.E.Tetçer tərəfindən kəşf edilib və Günəş ətrafında çox uzun - təxminən 415 illik orbitə malikdir. Kometa Günəşə yaxınlaşdıqca öz arxasında toz və kiçik kosmik hissəciklərdən ibarət iz buraxır. Yer hər il bu izdən keçərkən həmin hissəciklər atmosferə daxil olaraq yanır və Lirid meteor yağışını yaradır. Bu kometa çox nadir halda görünür və növbəti dəfə yalnız təxminən 2276-cı ildə müşahidə ediləcək.

2026-cı ildə bu hadisə Bakı və ətraf bölgələrdə də müşahidə oluna biləcək. Bakı coğrafi baxımdan Şimal yarımkürəsində yerləşdiyi üçün Lirid meteor yağışı burada kifayət qədər yaxşı görünür. Ən yaxşı müşahidə vaxtı gecə yarısından sonra, xüsusilə saat 00:00-dan 05:00-a qədər olan interval hesab olunur. Bu saatlarda meteorların radiantının yerləşdiyi Lir bürcü üfüqdən yuxarı qalxır və müşahidə üçün əlverişli olur. Bununla belə, meteorları görmək üçün konkret bir nöqtəyə baxmaq vacib deyil, əksinə, səmanın geniş sahəsini izləmək daha effektivdir. Şəhər işıqları müşahidəni çətinləşdirdiyi üçün Abşeron yarımadasında daha qaranlıq ərazilərə çıxmaq tövsiyə olunur.

2026-cı ildə Ayın işıqlanma səviyyəsinin nisbətən zəif olması da müşahidə üçün əlverişli şərait yaradır və bu, meteorların daha aydın görünməsinə imkan verir.скачать dle 11.3
Mojo.az Banner