Mojo.az Banner
SON DƏQİQƏ
21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

22 apreldə səmada heyrətamiz təbiət hadisəsi baş verəcək

19.04.2025 14:33 843
22 apreldə səmada heyrətamiz təbiət hadisəsi baş verəcək
Hər il aprel ayında baş verən "Lirid" meteor yağışı bu il də səma həvəskarları üçün füsunkar mənzərə təqdim edəcək.

Bu barədə Britaniya Kral Astronomiya Cəmiyyətindən məlumat verilib.

Məlumata görə, "Lirid" meteor yağışı aprelin 25-dək müşahidə ediləcək və Türkiyədən də adi gözlə izləmək mümkün olacaq.

"Lirid" yağışının ən sıx müşahidə olunacağı tarix isə aprelin 22-si səhərin erkən saatlarında olacaq.

Meteor yağışını izləmək üçün teleskopa ehtiyac olmayacaq. Ancaq aydın şəkildə görə bilmək üçün süni işıqlardan uzaq qaranlıq və açıq yerlərə üstünlük verilməlidir. Şəhərin işıqlarından uzaq olan çöllük ərazilər belə müşahidələr üçün ən uyğun yerlər sırasındadır.

"Lirid" meteor yağışında biz qısamüddətli işıq zolaqlarını görürük, yəni xalq arasında "ulduz axması" kimi tanınan parıltılar görürük", - deyə Kral Astronomiya Cəmiyyətinin vitse-prezidenti Robert Massey bildirib.

"Lirid" meteor yağışı bu günə qədər müşahidə edilən ən qədim meteor yağışlarından biri kimi tanınır. İlk dəfə eramızdan əvvəl 687-ci ildə qeydə alındığı bildirilir. Yağışın adı meteorların çıxdığı nöqtə olaraq bilinən "Lirid" ulduz qrupundan qaynaqlanır.

"Lirid" yağışları "C/1861 G1 Thatcher" adlı quyruqlu ulduzun (kometanın) buraxdığı toz və hissəciklərin atmosferə daxil olması nəticəsində yaranır. Bu hissəciklər atmosferdə yanaraq səmada parlaq izlər qoyur.

Meteor yağışını izləmək istəyənlər gözlərini şimal-şərqə çevirməli və "Lirid" ulduz qrupundakı Veqa ulduzunu tapmalıdırlar. Ancaq meteoritlər səmanın müxtəlif nöqtələrində görünə biləcəyi üçün geniş bir baxış sahəsinə üstünlük verilməlidir.

Bu il müşahidə edilə biləcək digər meteor yağışları isə aşağıdakılardır:

"Eta Akvarid" (19 aprel-28 may): Pik dövrü 5 may;

"Delta Akvarid" (12 iyul-23 avqust);

"Perseid" (17 iyul-24 avqust): Saatda 150 meteorla ilin ən intensividir;

"Əkizlər" (4 dekabr-20 dekabr): Rəngarəng işıq izləri ilə diqqəti cəlb edir.

Alimlərin fikrincə, bu cür səma hadisələri kainatın keçmişinə işıq salmaqla yanaşı, eyni zamanda, təbiətlə əlaqə yaratmaq üçün də unikal imkanlar yaradır.
//oxu.azскачать dle 11.3

Son xəbərlər