Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər dünyanın bütün dillərini idarə edən gizli qaydaları kəşf etdi

07.04.2026 21:12 1 170
Alimlər dünyanın bütün dillərini idarə edən gizli qaydaları kəşf etdi
Beynəlxalq alimlər qrupu göstərib ki, dünya dillərinin inkişafı təsadüfi deyil: "Dil universalları" adlanan qaydaların təxminən 1/3-i statistik olaraq təsdiqlənir.

Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Human Behaviour” jurnalında dərc olunub.

Araşdırma Saar Universiteti və Maks Plank Cəmiyyətinin Təkamül Antropologiyası İnstitutunun alimləri tərəfindən, Annemarie Verkerk və Russell D. Gray-in rəhbərliyi ilə aparılıb. Tədqiqatçılar 1700-dən çox dili əhatə edən Grambank məlumat bazasından istifadə edərək 191 potensial universal qrammatik qaydanı analiz ediblər.

Əvvəlki işlərdən fərqli olaraq bu dəfə bayes statistik analizi tətbiq edilib və bu yanaşma həm dillərin qohumluq əlaqələrini, həm də coğrafi təsirləri nəzərə alır.

Nəticələr göstərib ki, bir çox dil xüsusiyyətləri dünyanın müxtəlif yerlərində müstəqil şəkildə formalaşır. Xüsusilə söz sırası ilə bağlı qanunauyğunluqlar təsdiqlənib: məsələn, "mübtəda–tamamlıq–fel” (SOV) quruluşuna malik dillərdə daha çox postpozisiyalar (sonqoşmalar) istifadə olunur.

Eyni zamanda, 191 ehtimal olunan universaldan təxminən üçdə ikisi ciddi statistik yoxlamadan keçə bilməyib. Buna baxmayaraq, alimlər hesab edirlər ki, vacib nəticə odur ki, ümumi qanunauyğunluqlar mövcuddur və müxtəlif dil ailələrində təkrarlanır.

"Bütün dillərin böyük müxtəlifliyinə baxmayaraq, onlar tamamilə təsadüfi şəkildə inkişaf etmir", deyə Annemarie Verkerk bildirib.

Tədqiqatçılar hesab edirlər ki, bu oxşarlıqlar insan beyninin idrak xüsusiyyətləri və ünsiyyət məhdudiyyətləri ilə bağlıdır. Yəni dillər fərqli olsa da, insan düşüncəsi və informasiya ötürmə prinsipləri oxşar nəticələrə gətirib çıxarır.

Bu iş "həqiqi dil universalları”nın dairəsini daraldır və insan dilinin necə formalaşdığını anlamaq üçün yeni elmi baza yaradır.

Son xəbərlər