Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bahalaşmanın qarşısını almaq üçün nə lazımdır? - Deputatdan təklif

07.04.2026 15:52 396
Bahalaşmanın qarşısını almaq üçün nə lazımdır? - Deputatdan təklif
Neftin bazar qiymətindəki artımlar, praktik olaraq dünya və regional bazarda qiymət artımları ilə müşahidə olunmaqdadır.

Bu fikirləri Tiraj.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, xüsusən istehsalçı ölkələrdə enerji məhsulunun xərcinin artması istehsal edilən məhsulların maya dəyərinə birbaşa təsir göstərir:

"Bu da həmin məhsulların maya dəyərində, xərcində, eləcə də qiymətlərində artım ilə müşahidə olunur. Praktik olara neftin bazar qiymətinin yüksək olduğu dövrlərdə idxal infilyasiyasının daha da aktivləşməsi, ölkəyə idxal edilən məhsulların qiymətlərində artımları müşahidə edirik".
Vergi güzəşti olmalıdır

Vüqar Bayaramov vurğulayıb ki, neftin yüksək qiymətlətinin Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırılması üçün vacib məqamlardan biri "Ad hoc"- qısamüddətli dövrdə həmin təsirlərin minimumlaşdırılması ilə bağlı addımların atılmasıdır:

"Belə ki əvvəlki dövrlərdə olduğu kimi beynəlxalq praktikada tətbiq olunan təcrübəyə əsasən, xüsusən də ərzaq məhsulları üzrə idxalda ƏDV-nin müddətli güzəştlərin verilməsi məqsədə uyğun olardı. Nəticə etibarilə bu daha çox idxal olunan məhsullların qiymətinin artmasının qarşısını almış olardı. Nəticədə vergi güzəştlərinin tətbiq edilməsi, həmin məhsullar üzrə xərcin azalmasına, qiymət artımlrının qarşısının alınmasına, qiymətlərin optimallaşmasına imkan yaradar. Daha strateji yanaşma idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılmasıdır. Amma xüsusən qısamüddətli dövrdə qiymət artımının baş verməməsi üçün, idxal infiliyasiyasının artmaması üçün daha məqsəduyğunu ərzaq məhsullarına vergi güzəştlərinin tətbiqidir. Bununla da neft qiymətlərinin Azərbaycan istehlak bazarına təsirini minimumlaşdırmaq olar".\

Son xəbərlər