Mojo.az Banner
22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

31.01.2026 20:29 642
İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?
Xəbər verildiyi kimi, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 690 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı (inək) idxal olunub. Ölkəyə gətirilən inəklərin ümumi gömrük dəyəri 24 milyon 544 min dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycana idxal edilən bir baş inəyin orta gömrük dəyəri təxminən 4 314 dollar (7 330 manat) olub.

Bəs bu idxal prosesi ət bazarına təsir göstərə bilərmi?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirir ki, iribuynuzlu heyvanların idxalının artması daxili bazarda ət təklifini genişləndirən amil kimi qiymətləndirilə bilər:

"Bu, xüsusən də yerli istehsalın tələbi tam ödəmədiyi dövrlərdə bazarda müəyyən rahatlıq yarada bilər. Lakin idxal olunan heyvanların sayı çox böyük olmadığı üçün qısa müddətdə ət qiymətlərində ciddi ucuzlaşma gözləmək real deyil. Üstəlik, idxal xərcləri, yem qiymətləri, logistika və saxlanma kimi amillər son məhsulun maya dəyərinə təsir edir və bu da qiymətlərin aşağı düşməsini məhdudlaşdırır”.

İdxal olunan ətin həcmi yerli istehsal üçün nələri proqnozlaşdırır?

Ekspert qeyd edir ki, idxal yerli istehsalçılar üçün rəqabəti artırır: "Bu, orta və uzun müddətdə istehsalın səmərəliliyinin yüksəlməsinə və bazarın daha balanslı formalaşmasına səbəb ola bilər. Əgər idxal davamlı xarakter alarsa, qiymət artımlarının qarşısını almaq və bazarda kəskin dalğalanmaları azaltmaq baxımından müsbət təsir göstərə bilər.

Nəticə etibarilə, mövcud idxal həcmi ət bazarında kəskin dəyişiklik yaratmayacaq, amma qiymətlərin daha da bahalaşmasının qarşısını alan amillərdən biri kimi çıxış edə bilər”.скачать dle 11.3
Mojo.az Banner