Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?

04.04.2026 21:36 1 467
Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?
Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb.

Axşam.az xəbər verir ki, opera ifaçısı işdən çıxarıldığını bildirib. O qeyd edib ki, heç bir səbəb olmadan işdən uzaqlaşdırılıb:

"Teatrdan son xəbərləri sizinlə bölüşmək istəyirəm. Bakıdakı son çıxışımdan (12 mart) sonra dünyaca məşhur tenorumuz və Opera Teatrının direktoru (Xalq artisti Yusif Eyvazov - red.) müqaviləmi yeniləmədən, dünyanın bir çox teatrlarında yeganə Azərbaycanı ləyaqətlə təmsil edən aparıcı dramatik baritonunu işdən çıxardı. Və təkcə məni yox. Bu bizim direktordan daha bir yalan".

O eyni zamanda iddia edib ki, Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb:

"Maraqlanan hər kəsə cavab verirəm. Heç bir səbəb yoxdur. Sadəcə illik müqaviləmi yeniləmədim. Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarıldı və bu gün truppa menecerimiz Zülfiyyə xanım da, Pərvin xanım da saxta ittihamla işdən çıxarıldı. Rejissor yenə yalan danışır, vəzifəyə keçəndən bəri heç kimi işdən çıxarmadığını iddia edir. Digər solistlərə qarşı təhdidlərdən bəhs etmirəm. Bu qədər".

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidməti ilə əlaqə saxladıq. Məsələ ilə bağlı suallarımıza "Yalçın Adıgözəlov teatrımızda çalışmır. Yalçın bəy filarmoniyada işləyir. Əvəz Abdullayevlə bağlı isə açıqlama veriləcək" cavabı verilib.

Qeyd edək ki, Y.Adıgözəlov 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. 2023-cü ildə isə Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

Son xəbərlər