Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə

01.04.2026 22:38 573
Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə
Azərbaycan Mərkəzi Bankı, pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması cədvəlinə əsasən, növbəti faiz qərarını 2 aprel 2026-cı il iclasında elan edəcək.
 
Median.Az xəbər verir ki, fevral ayında illik inflyasiya yanvarla müqayisədə dəyişməyərək +5,7% səviyyəsində qaldı və bu göstərici AMB-nin hədəf intervalı olan 4±2%-lik çərçivəyə uyğundur. Qlobal geosiyasi gərginliklər və yüksələn neft qiymətləri inflyasiya təzyiqlərini artırsa da, bu dəfə Mərkəzi Bankın faizləri sabit saxlamaq ehtimalı yüksəkdir və “gözləmə mövqeyi”ni seçməsi gözlənilir.
 
Xatırladaq ki, 4 fevral 2026-cı il qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılmış, uçot dərəcəsi 6,5%-ə, aşağı həddi 5,5%-ə, yuxarı həddi isə 7,5%-ə endirilmişdi. Önəmli meyillər arasında faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı ilə uyğunluğu, qlobal iqtisadi aktivlik, beynəlxalq maliyyə bazarlarının vəziyyəti və daxili makroiqtisadi şərait nəzərə alınır. Əvvəlki endirimlər isə dekabr 2025-ci ildə həyata keçirilmiş, uçot dərəcəsi 6,75%-dən 6,5%-ə, faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 5,75% və 7,75%-ə salınmışdı./kredit.az

Son xəbərlər